Azərbaycanlı teleaparıcıya İstanbulda evlilik təklifi - Video
Videonu Aç
05.06.2023

Gənc şair Pərviz Ariflə teleaparıcı Nübar Əbil evililiyə qərar verib.

O, yaxın zamanlarda aparıcı Nübar Əbil ilə ailə quracaq.

Belə ki, meyxanaçı Nübara evlilik təklifi edib. Aparıcı İstanbulun əsas simvollarından olan Qalata qülləsi qarşısında ona edilən təklifə "hə" cavabını verib.

Visiontv.az xəbər verir ki, nu barədə Pərviz Arif sosial şəbəkədə özü bildirib. O, həmin anları sosial şəbəkə hesabında paylaşıb. 

Xatırladaq ki, şair, meyxanaçı Pərviz Arif "De Gəlsin" meyxana yarışmasının qalibidir. Nübar Əbil isə Space TV, CVN TV, İctimai TV kimi kanallarda aparıcı kimi çalışır.