Azərbaycanla Ermənistan arasında sülh müqviləsinin bağlanması istiqamətində heç bir danışıqlar aparılmır
Azərbaycanla Ermənistan arasında sülh müqviləsinin bağlanması istiqamətində heç bir danışıqlar aparılmır
17.09.2021 Məhəmməd Əsədullazadə Tərəfindən

Azərbaycanla Ermənistan arasında hər hansı bir sülh müqviləsinin bağlanması istiqamətində heç bir danışıqlar aparılmır. Hazırda davam edən proseslər bunu qeyd etməyə əsas var.

Çünki, Ermmənistan tərəfi buna hazır deyil. Bununda əsas səbəbi Rusiyanın Ermənistana təzyiq siyasəti və 10 noyabr razılaşmasının bir neçə bəndinin yerinə yetirilməməsidir.

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinnin detalları onda müzakirə edilə bilər ki, Türkiyə Ermənistan sərhədləri açılır və Kremlin Yerevana təzyiqləri neytrallaşır. Belə olmadıqda Azərbaycan və Ermənistan arasında  hər hansı bir sülh müzakirələrindən danışmaq tezdir.

Qeyd edim ki, Ermənistan tərəfi status məsələsi deyib durub, həmçinin Azərbaycan ərazisində etnik ermənilərin yaşadığı ərazilərdə Rusiyanın yardımı ilə müəyyən layihələr həyata keçirməyə cəhd edir.  Və silahlı erməni birləşmələri Azərbaycan ərazisinin bir hissəsində qalmaqdadır. Əgər, Ermənistan tərəfi hazrkı siyasətdə dönüş yarada bilmirsə, Rusiyadan çəkinirsə, Azərbaycan özü hərkətə keçə bilər. Məhz Qafan-Gorus yolunun bağlanması buna sübutdur. Əgər, silahlı erməni birləşməşmələri Azərbaycan ərazisini tərk etməsə, anti-terror əməliyyatları qaçılmaz olacaq. Türkiyə Azərbaycan arasında hərbi təlimlər buna bunu deməyə əsas verir. Moskva Qarabağda baş verənlərin onun mövqeyinə mənfi təsir etdiyinin fərqindədir.

Ermənistan və Azərbaycan arasında 10 noyabr və 11 yanvar razılaşmaları ilk növbədə reallaşmalıdır ki, sülh müzakirələrindən söhbə gedə bilsin. Hazırkı prosesi yerindən tərpətmək üçün Moskvada N. Paşinyan və prezident İlham Əliyev V.Putinin vasitəçliyi ilə bir araya gətirməlidir. Moskvanın isə Azərbaycan tələbi budur ki, Ermənistnala sülh lazımdırsa Türkiyə ilə məsafə saxlasın. Amma, Azərbaycan nəinki məsafə, hətta Türkiyə ilə bütün sahələrdə inteqrasiyanı dərinləşdirir.

Məhəmməd Əsədullazadə
MCP sədrinin müavini, politoloq

Visiontv.az