Azərbaycanla BTİ arasında mövcud və perspektiv əməkdaşlıq müzakirə olunub
23.10.2021

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş katibi Houlin Jao ilə videokonfrans formatında ikitərəfli görüş keçirib.

Nazir bu barədə "Facebook" hesabında yazıb.

Görüşdə Azərbaycanla BTİ arasında mövcud və perspektiv əməkdaşlıq müzakirə olunub. "Region ölkələri arasında İKT sahəsi üzrə aparılan müzakirələrdə BTİ-nin vasitəçi qismində tərəflərə göstərdiyi dəstəkdən danışdıq",- R. Nəbiyev qeyd edib.

Visiontv.az