Azərbaycanın məqsədi regionda uzunmüddətli və davamlı sülhə nail olmaqdır
Azərbaycanın məqsədi regionda uzunmüddətli və davamlı sülhə nail olmaqdır
24.02.2021 Hikmət Babaoğlu Tərəfindən

Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsindən sonra ilk dəfədir ki, kaputiliyasiya aktına imza atmış Ermənistanda rəsmi şəkildə  kommunikasiyaların açılmasından danışırlar və bu baş nazir tərəfindən dilə gətirilir/Şübhəsiz ki , bu özlüyündə yaxşı haldır və Azərbaycanın yaratdığı yeni geosiyasi və geoiqtisadi reallığın Ermənistan tərəfindən qəbul edilməsinin başlanğıcıdır .Ancaq bu hələ heç də o demək deyil ki , Azərbaycan dərhal 30 il torpaqlarımızı işğal altında saxlamış , xalqımıza qarşı hərbi cinayətlər , soyqırımı törətmiş , tarixi, dini və mədəni abidələrimizi yerlə yeksən etmiş bir öklə ilə dərhal əməkdaşlığa başlayacaq .

Üstəlik hamımıza məlumdur ki ,Ermənistanda hələ də revanşist qüvvələr , terrorçu birləşmələr var və onlar bizdən qisas almaq kimi faşist düşüncələrdən hələ  də əl çəkməyiblər .Ancaq bununla belə biz həm də başa düşürük ki , Cənubi Qafqaza   davamlı və uzunmüddətli sülhün gəlməsi yeni qarşılıqlı faydalı  regionla əmkədaşlıqdan keçir .Bunu üçünsə ən yaxşı başlanğıc üçtərəfli razılaşmada göstərildiyi kimi yol – nəqliyyat və və enerji kommunikasiyalarının açılması ola bilər .Ermənistanın baş naziri N.Paşinyan da elə bu məsələlərin aktuallığına toxunaraq onun ermənilərin mənafeyi baxımından da aktual olduğunu dilə gətirib .Qeyd etmək lazımdır  ki ,  Paşinyanın mövzu ilə bağlı publik aşıqlama vermək üçün əslində   doğru zaman seçib .Çünki bu tipli açıqlamalrı bir qədər əvvəl  versəydi erməni ictimai rəyi buna hazır olmayacaqdı və elə buna görə də real addımların atılması daha da çətinləşəcəkdi.

Ancaq İrəvanda keçirilən 20  fevral mitinqlərindən sonra Paşinyan bir daha yəqin etdi ki , onun xeyli syada tərəfdarları var və yeni rallığı Ermənistanda qəbul edənlərin sayı hər gün daha çox artmaqdadır . Mitinq ərəfəsində keçirilən rəy sorğusunda Paşinyanın hakimiyyətdə qalmasını istəyənlərin təqribən 34 faizə çatması da onu belə açıq danışmağa cəsarətləndirən faktorlardan biri oldu.

Mövcud reallığı ən yaxşı bilənlərdən bir də Ermənistanın müdafiə naziridir ki , o da Paşinyanın açıqlamalarına bənzər fikirlər söyləməklə əslində öz baş nazirini dəstəkləmiş oldu .Və nəhyət Ermənistan region dövlətlərinin hamısının əməkdaşlıqda maraqlı olduqlarını dilə gətirməklə ilk dəfədir ki , onların da mənafeyini qəbul etməyin zərurəti ilə bağlı  reallığı qəbul etmiş oldu .Bütün bunlar  isə regional sülh və əməkdaşlıq baxımından müsbət irəliləyişlərdir. Azərbaycanın da məqsədi elə regionumuzda uzunmüddətli və davamlı sülhə nail olmaqdır .