Azərbaycanın daha bir tennisçisi erməniyə qalib gəlib
Azərbaycanın daha bir tennisçisi erməniyə qalib gəlib
19.09.2022 MEDİA Tərəfindən

Gürcüstanın paytaxtı Tbilisidə “Wtt Youth Contender Tbilisi” turnirinə start verilib. Azərbaycan Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, yeniyetmələrdən ibarət Azərbaycan millisi turnirdə həm oğlanların, həm də qızların mübarizəsində təmsil olunur.

Visiontv.az Report.az saytına istinadən xəbər verir ki,əvvəlcə oğlanların yarışı başlayıb. 17 yaşadək idmançıların mübarizəsinə qatılan Adil Əhmədzadə qrup mərhələsində iranlı Nima Nagavi, qazaxıstanlı Ramazan Nazir və ermənistanlı Narek Stepanyanı məğlub edərək növbəti mərhələyə adlayıb.

Azərbaycanın daha bir yeniyetmə stolüstü tennisçisi Gürcüstanın paytaxtı Tbilisidə “Wtt Youth Contender Tbilisi” turnirində 1/8 finala yüksəlib. 

Federasiyadan verilən məlumata görə, Onur Quluzadə qazaxıstanlı Əli Onov, Birləşmiş Ərəb Əmirliklərindən olan Yusef Alhavai və Ermənistan təmsilçisi Mikayel Melkonyanı məğlub edərək mərhələ adlayıb.