Azərbaycanda əhalinin sayı açıqlanıb: Ölənlərin sayı azalıb
17.05.2022

İlin əvvəlindən ölkə əhalisinin sayı 10812 nəfər və ya 0,1 faiz artaraq 2022-ci il aprel ayının 1-i vəziyyətinə 10167178 nəfərə çatıb.

Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.

Bildirilib ki, əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişilərlə qadınlar arasında cins nisbəti isə eyni olub.

Hesabatda qeyd olunub ki, bu ilin birinci rübündə ölkədə 18723 ölüm halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 7,7-dən 7,6-ya düşüb.

visiontv.az