Azərbaycanda dini ibadət, ayin və mərasimlərə dair tələblər müəyyənləşir
13.04.2021

Azərbaycanda kütləvi dini ibadət, ayin və mərasimlərin keçirilmə qaydasına dair tələblər müəyyənləşir.

Visiontv.az-ın məlumatına görə, bu, “Dini etiqad azadlığı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Bununla əlaqədar qanuna yeni - 6-1-ci maddə təklif olunur. Beləliklə, layihəyə əsasən, kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərində və ziyarətgahlarda keçiriləcək.

Kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə təşkil olunacaq.