Azərbaycanda da Paşinyan kimilər sinfinə daxil olan bir qrup var - Elbəy Həsənli
Azərbaycanda da Paşinyan kimilər sinfinə daxil olan bir qrup var - Elbəy Həsənli
11.11.2020 Elbəyi Həsənli Tərəfindən

Özlərini ifrat vətənpərvər kimi xalqa sırıyırlar. Xalqı inandırmağa çalışırlar ki, bu anlaşma Azərbaycanın əleyhinədir. İlham Əliyev isə vətən xainidir. Onlar iqtidarda olsaydı işğal olunmuş əraziləri 2 günə ermənilərdən azad edərdilər. Azərbaycanda 1 nəfər də olsun erməninin yaşamasına imkan verməzdilər. Üstəlik, Ermənistanda yaşayan erməniləri də Fransaya qovardılar. Lazım gəlsə, Rusiyaya da kələ atardılar. və.s

Biz əldə etdiyimiz bütün uğurlara görə Türkiyəyə minnətdar olmalıyıq. Türkiyəsiz biz uzaq başı 4-5 kəndi azad edə bilərdik. Türkiyə "dur" deyirsə, biz durmalıyıq. Yəni, bu qədər sadə bir şeyi başa düşmürsüz?

Paşinyan kimilər sinfinə daxil olanlara demək istəyirəm ki, siz bu gün İlahm Əliyevin əldə etdiyi nətcənin heç üçdə birinə nail ola bilməzdiz. Siz iqtidarda olsaydınız Azərbaycan bugünkü Ermənistanın günündə idi. Populist çağrışlarla siyasətin axırı Paşinyan kimi biabırçı məğlubiyyətdir.

Çox təəssüf edirəm ki, sizin kimiləri Azərbaycanda hələ də ciddi qəbul edən sadəlövhlər var...

Visiontv.az