Azərbaycana keçən iki erməni geri qaytarıldı
20.09.2021

Azərbaycan ərazisinə keçən iki Ermənistan vətəndaşı geri qaytarılıb. Visiontv.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) yayıb. Bildirilir ki, iki Ermənistan vətəndaşı bu gecə saat 23:45-də ölkələrinə təhvil verilib.

Qeyd edək ki, Ermənistan MTX-nin Mətbuat Mərkəzinin məlumatına görə, sentyabrın 18-də saat 21:00-da Ermənistanın Kotayk bölgəsinin Kasax icmasının iki sakini Gorus-Vorotan yolu boyunca hərəkət edərkən magistraldan çıxıblar və Azərbaycanın nəzarəti altında olan əraziyə keçiblər.