Azərbaycan varlı xanımlarının istifadə etdiyi "Torksin" şalı...
23.06.2024

Azərbaycan xanımlarının kəlağayı ilə yanaşı baş örtüləri içərisində kustar üsulla toxunan və fabrik istehsalı olan örpəklər də məxsusi yer tuturdu. Şirvanda və Qarabağda belə örpəklərin “şalı-zər”, “sərəndaz”, “zərbaf”, “zərli örpək” və sairələr məhşur idi.

XIX əsrin sonu XX əsrin əvvələrində Azərbaycan varlı xanımlarının istifadə etdiyi şal növlərindən biri də TORKSİN adlanırdı və hər varlı ailə da bunu əldə edə bilmirdi. Dəyəri qızıl pulnan ölçülən bu şallar necə dəb oldu? Xüsusilə Qarabağda imkanlı ailələrin ala bildiyi bu şalın tarixi nə idi?

Bu şal az tapılan, bahalı materialdan hazırlanırdı. Bunların üzəri tikmələrlə işlənirdi. Parça xüsusi olaraq xaricdən gəlirdi. Onun istehsalı elə incəliklə edilirdi ki, il ərzində cəmi ondan az parça almaq olurdu. Rənglərin seçimi də xüsusi olurdu. Avropa və Şərq üslubunda hazırlanan bu şalların satışı Qafqazda, Moskvada, Peterbuqrda idi. Onu almaq üçün Mərkəzi Asiyadan ya Bakıya, ya da Moskvaya getmək lazım idi. Bakıda bu parçanı gətirənlər ən çox gəliri də burdan qazanırdılar.

XX əsrin 30-cu illərinə qədər Azərbaycanda xüsusi mağazalardan alına bilirdi. Belə mağazalarda qızıl, qiymətli əşyalar ilə belə bahalı baş geyimləri də satılırdı və hər kəs bu mağazaya daxil ola bilmirdi. Çünki burada ticarət ancaq qızıl pul ilə edilirdi. İmkanlı ailələrin xanımları Torksin şal ilə firuzə qaşlı üzük taxanda bilirdilər ki, onun həyat yoldaşı yüksək mövqe tutan bəy-xan idi. Qeyd edim ki, "torksin donu" deyilən geyim növü də var idi ki, bu çox bahalı idi. Bu donu xüsusi günlərdə geyinərdilər.

Zaur Aliyev, dosent

visiontv.az