Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması işlərinə başlamışıq - Emin Əmrullayev
03.12.2021

Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması istiqamətində işlərə başlamışıq.

Visiontv.az xəbər verir ki, bu barədə Azərbaycanın təhsil naziri Emin Əmrullayev Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvarla birgə keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, bu layihənin yaxın zamanlarda həyata keçirilməsi təmin ediləcək.

“Hər iki ölkənin dövlət başçılarının siyasi iradəsi sayəsində Azərbaycan-Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoyacaq”, - nazir vurğulayıb.