Azərbaycan taekvondoçusu dünya çempionatında 1/8 finala yüksəlib
03.06.2023

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatı davam edir.

Visiontv.az Apasport.az saytına istinadən xəbər verir ki, mundialın altıncı gündə Azərbaycan millisinin daha 2 idmançısı mübarizəyə qoşulub.

74 kq çəkidə qüvvəsini sınayan Eltac Qafarov 1/16 finalda Vasilliy Peruniçiçlə (Monteneqro) üz-üzə gəlib. Döyüş taekvondoçumuzun 2:0 hesablı qələbəsi ilə başa çatıb. O, 1/8 finalda norveçli Sebastian Tune ilə döyüşəcək.

62 kq-da qüvvəsini sınayan Fatimə Məcidova da mundailda debüt görüşünə 1/16 finaldan başlayıb. İtaliyalı Kristina Kaspa ilə döyüşən təmsilçimiz məğlubiyyətə üzülüb.

Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq.

Azərbaycan taekvondoçusu dünya çempionatında 1/8 finala yüksəlib - FOTO