Azərbaycan hökümətinin 2020-ci il üçün fəaliyyət hesabatı ilə bağlı bəzi təkliflər - deputat Vüqar Bayramov
Azərbaycan hökümətinin 2020-ci il üçün fəaliyyət hesabatı ilə bağlı bəzi təkliflər - deputat Vüqar Bayramov
19.03.2021 Vüqar Bayramov Tərəfindən

Azərbaycan hökumətinin 2020-ci il üçün fəaliyyət hesabatı ilə bağlı təqdim etdiyim çıxışda bir sıra məqamlarıa xüsusi diqqət ayırlmasını təklif etdim. Pandemiyanın qlobal və milli səviyyələrdə təsirlərinə baxmayaraq ötən il Azərbaycan tarixində zəfər ili kimi qaldı. Bütövlükdə, 2020-ci ildə pandemiyanın xarici faktor kimi təsirlərini nəzərə alsaq iqtisadi nəticələr məqbul qiymətləndirilə bilər.

Bunlarla yanaşı, aşağıdakı məqamların nəzərə alınması məqəsədə uyğun olardı:

Birinci, pandemiya təsirləri fonunda qeyri-neft sektoruna sərmayə qoyluşlarının azalması gözlənilən idi. Bir sıra ölkələr bu dövrdə daxili maliyyə mənbələrinə üstünlük verdilər. Bununla yanaşı, əsas kapitala yönəldilmiş vəsaitlərin maliyyə mənbələri üzrə strukturda bank kreditlərinin payı cəmi 6.2 faiz olub. Bu isə ondan xəbər verir ki, hələ də kommersiya bankları sərmayə qoyluşlarında xüsusi paya malik ola bilmirlər.

İkinci, ixrac bazaranın şaxələndirilməsi ilə bağlı aparılan tədbirlərə baxmayaraq hələ də qeyri-neft ixracatında yeni bazarların payı azdır. Belə ki, ötən il ümumi qeyri neft ixracatının 60 faizinə yaxını 2 ölkənin payına düşüb. Bu isə xarici şokların aktiv olduğu dövrdə qeyri-neft ixracatında dayanıqlığı azaldır.

Üçüncü, pandemiya səbəbindən büdcə xərcləmələrində icra ilə proqnoz arasında fərqin olması gözlənilən id. Bu baxlmdan da ötən il proqnozlaşdırılan xərclərin 3.9 faizi xərclənməyib. Xüsusən bu dövrdə nəzərdə tutulan kütləvi tədbilərin keçirilməməsi və ya onlayn təşkil edilməsi bu xərcləmələrə təsir göstərib. Bununla yanaşı, bir sıra o cümlədən təhsil xərclərinin 6.7 faiz xərclənməməsi müzakirə oluna biləcək məsələlərdəndir. Bu istiqamətlər xərclərin struktrunun dəyişdirilməsi və həmin sektorların fiskal baxımdan daha çox dəstəklənməsi məqsədə uyğun olardı.

Dördüncü, Dövlət Neft Fondunun vəsaitlərinin idarəedilməsindən ötən il 1 milyard 164 milyon dollar vəsait daxil olmuşdur. Manat ifadəsində  fondun bu istiqamət üzrə daxil olmaları əvvəlki il ilə müqayisədə 390 milyon manat artsa da dollar ifadəsində 45 faiz və ya 968 milyon dollar azalmışdır. Pandemiya dövründə bir sıra beynəlxalq bazarlarda volatillik yüksək olsa da bu suveren fondların daha çevik investisiya siyasəti həyata keçirməsinə daha da aktuallaşdırıb.

Beşinci, 2020-ci ildə maliyə sektorundakı aktivlərin cəmi 0.1 faizi investisiya şirkətlərinin payına düşüb.  Bu isən ondan xəbər verir ki, hələ də investisiya şirkətləri maliyyə sektorunda təsirli steykholderlərdən hesab olunmur.

Altıncı, dövriyyədə olan ödəniş kartlarının sayının ötən il əvvəlki il ilə müqayisədə 7.5 milyon əddədən 9.6 milyon ədədə yüksəlməsinə baxmayaraq hələd ödənişlər əsasən nağdlı formada aparılır.

Yeddinci, 2020-ci ildə qeydiyyatsız evlərin inventarlaşdırlması ilə bağlı işlər sürətlənsə də hələ də o tikililərin sənədləşdirilməsi məsələsi həll olunmamışdır. Bu isə həmin evlərin aktiv olaraq döviyyəyə cəlb edilməsi, o evlər üzrə büdcə daxilolmalarına təsir göstərir.

Səkkizinci, 2020-ci ildə maliyyə nəzarətinin daha da təkmilləşdirilməsi nəticəsində 89 milyon 239 min manat artıq və əsassız ödənişlər müəyyən edilmişdir. Bu kifayət qədər pozitiv haldır. Bununla yanaşı, gələcək də belə əsassız xərcləmələrin olmaması üçün hökumət tərəfindən risk analizi aparılıbmı və ya hansı yeni innovativ nəzarət mexanizmlərinin tətbiqi nəzərdə tutulub?

Doqquzuncu, pul kütləsinin vəziyyətinin mühüm göstəricisi M2-nin ümumi daxili məhsula nisbəti və dəyşməsidir. Ötən 3.5 milyard manatlıq dəstək paketlərinin reallaşmasına rəğmən M2 aqreqatı cəmi 11.3 faiz artıb. Halbuki 2019-cu ildə bu rəqəm 24.5 faiz idi. Bu dəyişmələrə 2019-cu ildə pul bazasındakı artımların hansı təsirləri olmuşdur?

Nəhayət, təmsil etdiyim Füzuli rayonun Qayıdış qəsəbələrində illərdir ki, içməli su problemi vardır. Bəzi qəsəbələrdə su təminatı ümumiyyətlə yoxdur. Müvafiq dövlət qurumlarına dəfələrlər müraciətimizə baxmayaraq təəssüf ki, bu istiqamətdə real addımlar atılmayıb. Bu problemin həllinə dəstək olmağı baş nazirdən xahiş etdim.

Visiontv.az