Azəbaycan ordusunun qara piarını kim aparır? - Jalə Mütəllimova
Azəbaycan ordusunun qara piarını kim aparır? - Jalə Mütəllimova
23.12.2020 Jalə Mütəllimova Tərəfindən

Azərbaycan ordusu əleyhinə qara piar aparılır. Ağlıma gələn bütün variantları yazmağı düşünürəm.

Ola bilər, Müdafiə Nazirliyində köklü islahatlar aparılsın. Sirr deyil 44 günlük vətən müharibəsi dönəmində ciddi problemlər üzə çıxdı. Buna qədərsə illərdir Nəcməddin Sadıkovla "savaş" olub. Hələ də davam etdiyi istisna deyil.

Digər məqam, yüksək rütbəli hərbi vəzifəlilər həbs edilə bilər. Bunun üçün bəzi reallıqların açıq göstərilməsi lazımdır. Sabiq nazir Səfər Əbiyevin yola salınmasında belə məqamların bir xeylisi ictimailəşdirilmişdi və onun gedişinə yol açmışdı.

Amma fərdi yanaşmam bu ki, müharibədə qalib ordu üçün daha yaxşı variant düşünülə bilərdi, "ağlaşma", aşağılama yox.

Başqa bir məqam, MN-dən gedəcək və gələcək komanda savaşır. Yetərincə qarşılıqlı ittihama əsas verən faktlar var. Hətta bunu danışacaq "uşaqlar", radikal müxalif güclər belə hazır vəziyyərdədir.

Diqqət edirsinizsə şikayətlənib, danışanların bir neçəsinin, nitqi ilə davranışları arasında psixoloji olaraq uyumsuzluq var. Sanki başqasının mətnini danışır. Kənar təlimata əməl edirlər. Bu da istisna olunmayan məsələlər sırasındadır.

...Və bu həm də düşmən işi ola bilər. Unutmayaq, onlar tək hərbi müstəvidə savaşmır. Ideoloji və psixoloji savaş da aparırlar. Bütün cəbhələrdə erməninin və digər narazıların dost-tanışları hələ də aramızdadır.

Ən vacibi, bu gün nə qədər problemi olur, olsun ordu, əsgər, millətin və dövlətin qürur yeridir. Və eyni zamanda, ordu ilə siyasət arasında çox incə bir pərdə mövcuddur. Indi baş verənlərdən görünən bu ki, kimlərsə o pərdəni üzdən götrməyə çalışır. Qalib ordu imajı əvəzinə, miskin, baxımsız, ac, cinahlara işləyən, siyasətin qara rənginə boyanmış ordu obrazını yaratmağa çalışırlar.

Ümid edək alınmayacaq. Ordu siyasətə qatılmayacaq. Əsgər daha aşağılanmayacaq. Və bu prosesdə yaxından-uzaqdan iştirakçı olanlar, zamanında cəzasını alacaq.

Bizə isə o zamanadək müşahidə etdiklərimizin yazılması mümkün hissəsini dövlət və peşə sevgisi ilə yazmaq,  gözləmək qalır, gəlin birlikdə gözləyək...

Visiontv.az