Azad edilmiş ərazilərə İcra hakimiyyətlərinin cəlb olunması görülən işlərin icrasını ləngidə bilər
Azad edilmiş ərazilərə İcra hakimiyyətlərinin cəlb olunması görülən işlərin icrasını ləngidə bilər
18.03.2021 Nəsib Məhəməliyev Tərəfindən

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində idarəetmə ilə bağlı bəzi məsələlər haqqında" fərman imzalayaraq işğaldan azad edilmiş ərazilərdə müəyyən səlahiyyətlərin həyata keçirilməsini müvəqqəti olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə etdi.

Prezidentin bu fərmanı bəzi mütəxəssislər tərəfindən yerli icra hakimiyyəti rəhbərlərinin yarıtmaz fəailiyyəti ilə əlaqəndirdilər. Bir qism isə işğaldan azad edilən ərazilərdə yenidənqurma işlərinin vahid mərkəzdən idarə edilməsi kimi dəyərləndirir. Millət vəkili Nəsib Məhəməliyev də müəyyən səlahiyyətlərin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verilməsini həmin ərazilərdə həyata keçiriləcək infrastuktur və tikinti layihələrinin daha keyfiyyətlə aparılması ilə əlaqələndirdi: "“İşğaldan azad edilimiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində idarəetmə ilə bağlı bəzi məsələlər haqqında” Prezident fərmanı ilə müəyyən səlahiyyətlərin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verilməsi, həmin ərazilərdə həyata keçiriləcək infrastuktur və ümumiyyətlə  tikinti layihələrinin keyfiyyətlə aparılmasını təmin edəcəkdir.

Şuşa şəhərinə səfəri çərçivəsində Prezident İlham Əliyev belə bir fikir  səsləndirdi. “Biz Şuşanı dünyanın ən gözəl şəhərinə çevirəcəyik”.

Şuşa şəhərinin tarixi abidələrinin bərpası, yeni tikililərin ən müasir standartlara uyğun aparılması və ələlxüsus tamamilə dağıdılmış rayonların sıfırdan tikilməsi vahid, peşəkar yanaşma tələb edir. Bu meyarlara cavab verən mütəxəssislər isə yerli icra hakimiyyətlərində yox dərəcəsindədir. Səlahiyyətlərin Komitəyə verilməsi müvəqqəti xarakter daşıyır və tikinti işləri yekunlaşdıqdan sonra yerli icra hakimiyyətlərinə qaytarıla bilər. İndiki halda həmin rayonların icra hakimiyyətlərinin şəhərsalma proseslərinə cəlb olunması qarşıda duran vəzifələrin vaxtında və keyfiyyətli icrasını ləngidə bilər".

Visiontv.az