Aynişanın keçmiş həyat yoldaşından ETİRAF: "Birimiz od birimiz su olduq, ocağımız söndü"
11.06.2022

Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyevanın keçmiş həyat yoldaşı Kənan Alıyev yeni açıqlamaları ilə diqqət çəkib.

Visiontv.az xəbər verir ki, rejissor Nail Naiboğlunun yutub layihəsinə qonaq olan fitness məşqçisi Aynişanla yaşadığı evlilikdən və boşanma səbəblərindən danışıb. 

Kənan Aynişanla ayrılığı barədə bunları deyib:

"Bəzən elə bilirdim ki, eyni insanıq. Xüsusiyyətlər insanı bir yerə qədər aparır. Amma xarakter bir az fərqlidir. Bizə dedilər ki, biriniz od, biriniz su olun. Biz də elə olduq. Birimiz od, birimiz su... Buna görə də ocağımız söndü".

Kənan Alıyev açıqlamaları zamanı Aynişanla toyunun "danışılmış və saxta toy" olması ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib:

"Bunu həmişə deyirlər və deyəcəklər. Mənim ailəm müdaxilə etmədiyi söhbətə qarşımdakı tanımadığım insanlar müdaxilə edirsə, mənə bununla bağlı sual verirsə, mən niyə o suala cavab verməliyəm ki? Məni və Aynişan xanımı tanıyan hər kəs bilir ki, bizim toyumuz həqiqi idi".

Qeyd edək ki, Aynişan Kənanla onun çalışdığı fitnes zalında tanış olub. Onlar 2020-ci ilin fevralında ailə həyatı qurublar. Cütlük həmin ilin dekabrında boşanaraq həyat yollarını ayırıb.

BAKU.WS