Aygün, Brilliant, Renka əyləncə gecəsində: Karantin qaydaları pozuldu - VİDEO
09.03.2021

Bakıda ötən gün restoranların birində karantin qaydaları pozulub. Belə ki, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə təşkil edilən gecədə bir çox məşhurlar iştirak edib.

Xalq artistləri Aygün Kazımova, Brilliant Dadaşova, rəqqasə Rəna Ağamuradova (Renka), stilist-vizajist Nigar İbrahimova, Samir Əliyev (Samiraldo), Cahad Hacıyev və digər məşhurlar iştirak edib.

Əyləncə zamanı qonaqların sosial məsafəni qorumaması da gözdən qaçmayıb.

Oxu.az