Avropadan Azərbaycan-Ermənistan və Rusiya-Ukrayna münaqişəsinə fərqli baxış
13.06.2024

Azərbaycan və Ermənistan arasında gedən nizamlama prosesi Rusiya və Ukrayna arasında olan proseslə eynilik təşkil etmir. Onlar arasında fərq çoxdur. Birincisi münaqişəyə baxış fərqlidir.

Burda Ermənistan-Azərbaycan arasında münqişənin forması fərqlidir. Yəni, Ermənistan Azərbaycan ərazilərini işğal etmişdir, təcavüz siyasəti yürütmüşdür, ərazilərimizdə etnik təmizləmə aparmışdır. Amma bunu Ermənistan üçün mənfi kimi dəyərləndirmirlər, əksinə bu günlər Qərb ölkələrində fərqli yanaşmalar mövcuddur və orda hətta Azərbaycanı günahlandırmağa çalışdılar. Onların dediyinə görə Azərbaycan etnik təmizləmə siyasəti aparıb və.s. Rusiya-Ukrayna müharibəsində isə faktiki olaraq Rusiya Ukraynanın bir hissəsini işğal edib və bu gün də müharibə davam edir. Orda isə Rusiyanı ittiham edirlər. O zaman sual yaranır. Əgər siz Rusiyanı işğalçı kimi ittiham edirsinizsə, bəs onda Ermənistanı niyə ittiham etmirdiniz? 
Burada diqqət çəkiləsi məsələ bu münaqişələrin kim tərəfindən və necə qaynaqlanması və onun nəticələrinin tərəflərə vurduğu xeyr və ziyanların dəqiq öyrənilməsidir. Bu məqamları anlamadan, başa düşmədən fikir yürütməyimiz doğru olmayacaq. Qərb ölkələri məsələnin mahiyyətini kənara çəkməməlidir. Əksinə məsələni daha dərindən və daha detallı şəkildə araşdırmalıdırlar. Əgər bu olmasa onların münaqişəyə baxışı qeyri-nizami və qeyri-sağlam olacaq. Fərq isə əsasən bu məqamlardan aydın görünür.

İsgəndərov Fuad, Azərbaycan Universiteti

visiontv.az