Avropa İttifaqının Ermənistan missiyasının real məqsədləri ilə bağlı şübhələr ilk gündən yaranmışdı
30.03.2023

Elə ilk gündən Ermənistan tərəfi Azərbaycana iftira atmaqla kifayətlənməyib, Avropa İttifaqının adından saxta bəyanat da yaymışdı.

Avropa İttifaqının Ermənistandakı missiyasının rəhbəri Markus Ritterin iki gün öncəki açıqlamasından 3 ay öncə eyni məzmunda iftira dolu bəyanatı Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan keçən il noyabrın 17 də bəyan etmişdi.

Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan özünün “Twitter” mikrobloqunda yazmışdı ki, Aİ monitorinq missiyası Azərbaycanın guya “Ermənistanın suveren ərazisinə gündəlik hücumlarını” sənədləşdirib.

Aİ-nin ortada heç bir bəyanatı olmadığı halda bu qurumun adından danışan Marukyan Azərbaycanı Ermənistana “təcavüzdə” ittiham etməkdən çəkinməyib, guya Azərbaycanın Ermənistana qarşı “terror planlayacağı haqda iftira atmışdı.

İndi də Avropa İttifaqının Ermənistandakı missiyasının rəhbəri Markus Ritterin eyni bəyanatla, Ermənistan tərəfinin yalan və böhtan dolu iddialarını səsləndirir.

Guya Azərbaycanın hər hansı bir hücuma hazırlaşdığı barədə fikirlər səsləndirməsi, onu göstərir ki, Ritter təlimatları Ermənistan XİN-dən alır.

Aİ missiyasının əsas vəzifəsini Missiyanın mandatı iki ölkə arasında etimadın möhkəmləndirilməsini dəstəkləmək və dövlət sərhədinin demarkasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə iki ölkənin dövlət komissiyasına Aİ-nin daha əsaslı dəstəyini təmin etmək olsa da, Ritter missiyanın mandatını “Ermənistanı Azərbaycandan qorumaq” kimi təqdim edir.

Avropa İttifaqının missiyasının real məqsədləri ilə bağlı çoxlu şübhələr ilk gündən yaransa da, təcavüzkarı müdafiə etmək vəzifəsini üzərinə götürən Aİ missiyası real məqsədlərinı indi elan edir.

Bunun üçün də Ermənistan və Azərbaycan arasında sərhədə yaxın rayonlarda vəziyyətin monitorinqi adı ilə imitasiya ilə məşğuldur.

Bu isə Aİ ilə Azərbaycan arasında güvən mühitini zədələyir.

Politoloq Yeganə Hacıyeva

Baki-xeber.com