“Avropa İttifaqı yenidən görüşün təşkil edilməsini təklif edə bilər…”
“Avropa İttifaqı yenidən görüşün təşkil edilməsini təklif edə bilər…”
28.11.2022 MEDİA Tərəfindən

“Fransa sülh danışıqlarında iştirak edə bilməz. Bu bizim deyil, onların günahıdır. Bu o deməkdir ki, 7 dekabr görüşü baş tutmayacaq və biz digər alternativləri nəzərdən keçirəcəyik. Görək, vasitəçi rolunu kim həyata keçirəcək və bu hansı platformada baş tutacaq?”- Bu sözləri Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransda çıxışı zamanı söyləmişdi. Prezidentin də qeyd etdiyi kimi digər görüşlər hansı platformalarda baş tuta bilər?

Mövzu ilə bağlı politoloq Samir Hümbətov Visiontv.az saytına açıqlama verib:

“Azərbaycan Prezidenti cənab İlham Əliyev məhz bu məsələ ilə bağlı Azərbaycan dövlətinin mövqeyini açıqladı. Haqlı olaraq qeyd etdi ki, Fransa artıq bu platformada iştirak edə bilməz. Bu platformada iştirak etmək üçün Fransa gərək bitərəf mövqeyini saxlayaydı. Bu günə qədər Fransa Ermənistanın xeyrinə mövqe tutubdur.

Görünən odur ki, bu proseslərin qarşısını almaq üçün ən doğru variyant bitərəf mövqedən yanaşaraq Ermənistan – Azərbaycan arasında sülh danışığını aparmaq üçün bitərəf platformanın yaradılmasıdır. Bu danışıqlar Rusiyanın vasitəçiliyi ilə aparılır. İkinci bir vasitə Vaşinqtonun vasitəçiliyi ola bilər. Digər tərəfdən Gürcüstan variyantı da var.

Daha bir variyant isə Türkiyə varyantıdır. Düşünürəm ki, Prezident, digərlərini nəzərdən keçirməliyik deyərək həm də alternativləri düşünür. Burada yalnız Rusiyanın dominantlığı da ola bilməz. Bundan başqa variyantların olacağına inanmıram. Ermənistanın başqa bir platforma ilə yanaşı Brüssel formatına qayıtması da ola bilər.

Düşünmürəm ki, Avropa İttifaqı asanlıqla belə görüşlərdən imtina edə bilər. Deyək ki, Paşinyanın Makron təklifindən sonra yaranmış vəziyyətlə əlaqədar olaraq Avropa İttifaqı reaksiyasız qala.  Düşünürəm ki, Fransanın bura daxil olmaması şərtilə Avropa İttifaqı yenidən bir görüşün təşkil edilməsini təklif edə bilər.”
 

Bünyamin Bünyadzadə

Visiontv.az