Avropa hazırda neft istehlakının 97%-ni , kömürün 44%-ni və qazın 90%-ni idxal edir
25.10.2021

Avropa İttifaqı özünün enerji bazarında idxalın payının yüksək olması səbəbindən qlobal bazarlarda qiymət dəyişkənliyinə son dərəcə həssasdır.

Visiontv.az Caspian Barrel-ə istinbadən xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen “Dayanıqlı Enerji Həftəsi” konfransında bəyan edib.

“İndi biz enerji qiymətlərində qlobal artım müşahidə edirik… Avropa hazırda neft istehlakının 97%-ni , kömürün 44%-ni və qazın isə 90%-ni idxal edir. Bu, iqtisadiyyatımızı qlobal enerji bazarında qiymət dəyişkənliyinə qarşı son dərəcə həssas edir və bizim iqtisadiyyatı asılı vəziyyətə salır.” – deyə o qeyd edib.

Avropa Birliyində elektrik enerjisinin dəyərində ciddi bir yüksəlişə səbəb olan qaz qiymətlərinin sıçrayışlı artımı, AB -nin bərpa olunan mənbələrdən enerji istifadəsini artırmağa və ənənəvi enerjidən asılılığı azaltmağa sövq edir, deyə Avropa Komissiyasının rəhbəri bildirib.