Ata PROKUROR, ana HAKİM - Oğulları da CİNAYƏTKAR
19.07.2019

Ötən il Türkiyənin İstanbul şəhərində sevgilisini döydükdən sonra avtomobili kütlənin üzərinə sürərək 8 nəfəri yaralayan Görkem Sertaç Göçmenin məhkəməsi davam edir.

VisionTV.az  xəbər verir ki, 22 yaşlı gəncin 32 il müddətinə həbs edilməsi istənilir.

Maraqlıdır ki, onun anası məhkəmə hakimi, atası isə prokurordur. Buna baxmayaraq, Görkemin cinayətləri bununla bitmir.

O, bundan əvvəl alış-veriş mərkəzində bıçaqlanma hadisəsində iştirak edib. 22 yaşlı gəncin adı odlu silahla yaralamada da hallanır.

Bundan başqa, Görkem Sertaç Göçmen 2017-ci ildə getdiyi xəstəxanada tibb bacısını təhqir edərək onu hədələyib. Türkiyə mətbuatının "suç makinası" adlandırdığı gənc bir neçə maddə ilə ittiham olunur.