Aspirin kömək etməyəcək – COVID qanı çox qatılaşdırır
15.10.2021

Rusiyalı həkimlər yenidən koronavirus xəstələrini sonradan tromboz riski ilə bağlı xəbərdar ediblər. Visiontv.az xəbər verir ki, xəstəlik dövründə və sonradan trombozdan qorunmaq üçün xəstələrə antikoqaulyant - qandurulaşdırıcı terapiya təyin edilir.

Bu barədə Moskva klinik xəstəxanasının həkimi Valeriy Veçerko bildirib. "20-30% xəstələrdə tromboz riski var və bu problem insult, infarkta gətiriv çıxarır. Hazırda koviddən sonrakı dövrdə infarkt və insult faktları artmaqdadır. Hələ ki, kovidlə bu xəstəliklər arasında əlaqə elmi araşdırılır.

"Trombozdan qaçmaq üçün aspirin yetərli deyil. Bunun üçün heparin qrupuna aid yeni koaqulyant tabletlər lazımdır. Məhz bu dərmanlar ürək və ağciyər arteriyalarının trombozundan qoruya bilər. Trombozlar xəstədə ilk simptomlardan 1-3 ay sonra da baş verə bilər.

Əgər xəstədə əvvəldən varikoz, təzyiq, tromboflebit, aritmiya olubsa, onlar risk qrupundadır. Ona görə müalicədən sonrakı 1 ayda mütləq qan laxtalanma analizi verilməlidir. Bu qanın durumunu göstərəcək. Əgər ciddi dəyişiklik varsa, qandurulducular, aspirin yox, məhz heparin tərkibli dərmanlar həkim tərəfindən təyin edilməlidir. Eləcə də xəstələr çox maye qəbul etməlidir".