"Artsax" da elə "Ermənistan"ın özü kimi müvəqqəti xarakterli proyektdir
"Artsax" da elə "Ermənistan"ın özü kimi müvəqqəti xarakterli proyektdir
03.09.2021 Bəybala Mirzəyev Tərəfindən

30 illik "marafon"un sonu... 30 il bundan əqdəm dünyadakı, Ermənistandakı və bizim Qarabağdakı bütün ermənilər (dünya erməniçiliyi) yığışıb əvvəlcə "dqr", sonra isə "Artsax" adlı bir dövlətcik yaratmaq istədilər, lakin bu proje iflasa uğradı və onlar 30 ilin tamamında yenidən "0" nöqtəsinə qayıtmalı oldular.

Bəli, "Artsax" da elə "Ermənistan"ın özü kimi müvəqqəti xarakterli proyektdir. Ona görə də, erməni siyasi ekspert Tevan Poqosyan demişkən, bu dəfə sentyabrın 2-də "ilk dəfə olaraq Ermənistan rəhbərliyi "müstəqillik günü" münasibətilə Qarabağa getmədi. Bunun səbəbini Ermənistan rəhbərliyinin qorxu və narahatlığında axtarmaq lazımdır”.

Tevan Poqosyan öz açıqlamasında qorxu faktorunu xüsusilə vurğulayıb və bildirib ki, ortada iki qorxu səbəbi var.

“Necə deyərlər, iki qorxu - bir ölüm. Bəlkə də vəzifələrini itirməkdən, bəlkə də Azərbaycan və İlham Əliyevin reaksiyasından qorxurlar”, - deyə Poqosyan bildirib.

Ümumiyyətlə, bu gün Xankəndinə getməmələrinə görə Ermənistanın birinci şəxslərini açıq şəkildə qınayan erməni ekspertləri və siyasətçiləri hesab edirlər ki, indiki çətin vaxtda Ermənistan hakimiyyəti "Artsax"ı heç vaxt olmadığı kimi dəstəkləməli, yanında dayanmalı idi. 

Ancaq gördüyümüz kimi prezident Armen Sərkisyan və baş nazir Nikol Paşinyan dincəlmək, tətil, məzuniyyət adıyla aradan çıxıb Xankəndinə gəlməkdən yayındılar. 

Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri Vahan Xaçatryan ölkə rəhbərliyinin qondarma “dqr”nın saxta müstəqilliyi gününə niyə getməmələrinə aid verilən sualı cavablayarkən onların aradan çıxmağına belə haqq qazandırmağa çalışıb: "Deməli belə lazımdır. Bunun üçün siyasi qərar qəbul edilib. Başqa heç nə axtarmayın, hər şey yaxşıdır. İnanıram ki, heç bir problem yoxdur”.

O, Paşinyanın məzuniyyətə getməsinə isə belə münasibət bildirib: “Hesab edirəm ki, bunu problem etməyə ehtiyac yoxdur”.

Bəli, ermənilər artıq bunu problemə çevirməməyi öyrənməlidirlər. Onlar nəhayət ki, başa düşməlidirlər ki, artıq bundan sonra Ermənistan prezidentləri və baş nazirləri erməni cəmiyyətinin millətçi kəsiminin tələblərinə uymaqdan, nazı ilə oynamaqdan əl çəkib ildönümlərdə Qarabağa getmək, millətçilərin xoşuna gələn açıqlamalar vermək, şüarlar səsləndirmək ənənəsinə son qoymalıdırlar. 

Bundan sonra Ermənistanı idarə edənlər millətçi ermənilərin və şər yuvası olan erməni kilsəsinin diktəsi ilə oturub dura bilməz, Ermənistan dövləti qonşulara qarşı quldur kimi, təcavüzkar kimi davrana bilməz. 

Ermənilər bu soyuq həqiqəti nə qədər tez qansalar, bu onlar üçün bir o qədər faydalı olar. 

Əks halda, ermənilər "Ermənistan" adlı yöndəmsiz dövlətdən də məhrum ola bilərlər. Necə ki, qondarma "Artsax"dan məhrum oldular. 

Sentyabrın 2-də nəhayət ki, gec də olsa ermənilər dərk etdilər ki, artıq "Artsax" yoxdur, "Artsax" ölüb. 

 Xankəndindəki ermənilərin videogörüntülərində üzlərindən, gözlərindən əsl məyusluq, dilxorçuluq yağırdı. 

30 il "böyüdüb bəslədikləri" bir qondarma, separatçı "dövlət" bu gün ortada tək qaldı. Və guya "Artsax"ın qarantı sayılan Ermənistan ən pis qorxaqlar kimi meydandan qaçdı. 

Armen Sarkisyanın və Nikol Paşinyanın bu gün Xankəndinə gəlməkdən boyun qaçırmaları Qarabağdakı erməni separatçılarına ağır psixoloji travma yaşatdı. Onlar başa düşdülər ki, artıq yolun sonudur və bundan sonra "Artsax"ın dövlət kimi yaşamaq, mövcud olmaq şansı yoxdur. 

Araikin bu günkü dilxor durumunu təsəvvür edin. Bako Saakyanın, Arkadi Qukasyanın üz ifadələrindəki pərtliyə baxın. Mən hələ Qarabağın işğal edilməsinin əsas "memar"ları, ideoloqları sayılan Robert Köçəryan və Serj Sərkisyan kimi qatilləri demirəm. Onlar bu gün necə də miskin, yazıq görünürdülər. Bu qatillərin açıqlamaları da məğlubiyyət və iflasdan doğan peşmançılığın, məyusluğun təntənəsi idi. 

Bax belə. Əslində bu dəfəki 2 sentyabr bütün ermənilər üçün tərs şillə oldu. Həşarat kimi dünyaya səpələnmiş bütün ermənilər nəhayət ki, bu gün fərqinə vardılar ki, süni yolla uşaq doğmaq olur, ancaq süni yolla dövlət qurmaq olmur. 

P.S.
Sentyabrın 2-i ermənilərin süni dövlətinin - "Artsax"ın öldüyü gün kimi tarixə keçdi. Və necə deyərlər, tarixin təkəri erməniləri yenidən geriyə - 30 il əvvələ, başlanğıc nöqtəsinə qaytardı. 30 il əvvəl "Artsax" dövləti yox idi, bu gün də yoxdur və bundan sonra da heç vaxt olmayacaq!

Bəybala Mirzəyev

visiontv.az