"Artilleriya atəşinin ustaları” müsabiqəsinin növbəti mərhələsində gecə atışları icra olunub
"Artilleriya atəşinin ustaları” müsabiqəsinin növbəti mərhələsində gecə atışları icra olunub
18.08.2022 MEDİA Tərəfindən

Qazaxıstan Respublikasında keçirilən "Artilleriya atəşinin ustaları” müsabiqəsinin növbəti mərhələsində gecə atışları icra olunub.

 Müdafiə nazirliyindən verilən məlumata görə, maneələr zolağını və minalanmış ərazini keçən artilleriyaçılarımızın ikinci heyəti işıqlandırılan hədəfləri minaatan, qumbaraatan və avtomatlardan atəş açmaqla məhv edib.
Bütün tapşırıqların öhdəsindən bacarıqla gələn hərbi qulluqçularımız hakimlərin qərarına əsasən mərhələni üçüncü yerdə başa vurublar.
Qeyd edilib ki, beynəlxalq müsabiqədə Azərbaycan ilə yanaşı, Qazaxıstan, Belarus, Ermənistan, Qırğızıstan, Rusiya, Tacikistan, Venesuella və Zimbabve komandaları iştirak edir.

visiontv.az