"Artilleriya atəşinin ustaları" müsabiqəsində sınaq atışları icra edilib
12.08.2022

"Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində keçiriləcək "Artilleriya atəşinin ustaları" müsabiqəsinin iştirakçıları mərhələlərə hazırlıq məşqlərini davam etdirirlər.

Müdafiə Nazirliyindən Visiontv.az-a verilən məlumata görə, artilleriyaçılarımız təqdim edilən silahlara texniki baxış keçirib, mərhələlərin şərtləri və atış nöqtələrinin texniki imkanları, eləcə də təhlükəsizlik qaydaları ilə tanış olublar.

Hazırlıq prosesini yekunlaşdıran komandamız atıcı silahlardan, qumbaraatanlardan və minaatanlardan sınaq atışlarını yerinə yetiriblər.