Mərkəzi Klinik Xəstəxanada müalicə olunan Arif Babayev bu gün evə buraxılıb.
Bu barədə Visiontv.az-a Xalq artistinin oğlu Yaşar Babayev məlumat verib.
O, atasının səhhətinin hazırda yaxşı olduğunu deyib.
Qeyd edək ki, bir müddət öncə xanəndə səhhətində yaranan problemlərə görə, xəstəxanaya yerləşdirilmişdi.