Amerikalı jurnalistin Rusiyada həbsi: ABŞ daxili siyasi prizmasından baxış
Amerikalı jurnalistin Rusiyada həbsi: ABŞ daxili siyasi prizmasından baxış
01.04.2023 MEDİA Tərəfindən

Amerikalı jurnalist Evan Qerşkoviç casusluqda şübhəli bilinərək Yekaterinburq şəhərində FTX (FSB) tərəfindən həbs olunub.

*Evan Qerşkoviç The Wall Street Journal-ın müxbiridir.

*The Wall Street Journal mühafizəkar qazetdir.

*The Wall Street Journal-ın sahibi media maqnat Rupert Merdokdur. Merdok respublikaçıların əsas media platforması olan "FOX" kanalının sahibidir. Bu həmin "FOX"-dur ki, gecə-gündüz Baydeni yıxıb-sürüyür. Trampın təbliğat mexaniziminin onurğa sütunu olan "FOX"-dur. Putinə bəraət qazandıran və təbliğ edən "FOX"-dur. "FOX" və WSJ-ın sahibi Rupert Merdokdur və bu təbliğatın başında duran da Merdokdur.

Məntiqli sual yaranır: Respublikaçılar (trampçılar) və Rupert Merdok Putinin hərbi cinayətkar olduğunu nə zaman dərk edəcəklər?

Ron DeSantis bu yaxınlarda Putini hərbi cinayətkar adlandırandan sonra, Tramp DeSantisi tənqid atəşinə tutdu. Tramp demişdi ki, bu cür bəyanatlar Putinin şərəf və ləyaqətinə kölgə salır.

Təbii ki, Bayden ancaq demokratların prezidenti deyil, hər bir amerikalının prezidentidir və Evan Qerşkoviçin azadlığa qovuşması Baydenin borcudur. Qerşkoviçin həbsi isə, bu yaxınlarda Qərb ölkələrində Rusiyanın bir neçə casusun həbsilə əlaqəlidir. Rusiya onları qaytarmaq üçün "alver predmeti" yaradır.

Politoloq Kamran Cəfərov

visiontv.az