Amerika Milli Kəşfiyyatı: Tehran sürətlə nüvə silahı istehsal etmək qabiliyyətini artırır
07.12.2024

Amerika Birləşmiş Ştatlarının Milli Kəşfiyyatı hesabat dərc edərək Tehranın hələ nüvə silahı istehsal etmədiyini, lakin bu silahı əldə etmək üçün addımlar atdığını bildirib.

Hesabatda, həmçinin İran hökumətinin nüvə və raket sahələrində fəallığını artırdığı vurğulanıb və qeyd edib ki, İran hökuməti bundan regional və qlobal rəqiblərə qarşı təsir və strateji təhdidləri artırmaq və İranın təhlükəsizlik balansını dəyişmək üçün bir vasitə kimi istifadə edir.

Kəşfiyyat məlumatlarına görə hazırda İranın zənginləşdirilmiş uran ehtiyatları ona 12 nüvə silahı hazırlamağa imkan verir.

Xatırladaq ki, İranın xarici işlər naziri Abbas Əraqçi Qərb ölkələrini hədələyərək BMT-nin İslam Respublikasına qarşı sanksiyaları yenidən aktivləşdirəcəyi təqdirdə İranın nüvə silahının inkişafı siyasətini dəyişəcəyini bildirmişdi.

visiontv.az