AMEA üçün yeni fəaliyyət istiqaməti - virtual məkan - Professor Səlahəddin Xəlil
AMEA üçün yeni fəaliyyət istiqaməti - virtual məkan - Professor Səlahəddin Xəlil
11.10.2021 Səlahəddin Xəlilov Tərəfindən

Müstəmləkə siyasəti davam edir, virtual məkanlar bir-bir tutulur, yeni-yeni ərazilər itiririk.

Unuduruq ki, İnternet dünyasında kim hakimdirsə, yeni nəslin zehinlərinə də onlar hakim kəsilir.

AMEA üçün yeni fəaliyyət istiqaməti - virtual məkan.

Əslində bizim də kadrlarımız var, təşkilatlanma yoxdur. Sadəcə generalsız əskərlər var, özfəaliyyətlə hədəfə çatmaq olmur.
Əvvəla, II Qarabağ müharibəsində internetdə axtarış edənlər yəqin şahid oldular ki, məkan ermənilər tərəfindən zəbt edilib. Qarabağla bağlı axtarışlarda məlumat əsasən erməni və rus dillərində və onların maraqlarına uyğun şəkildə. Vikipediyadan tutmuş bütün saytlar, xəritələr və s. Bizimkilər hara baxırmış görəsən: internet məkanı strateji sahədir, dünya bütün sualların cavabını orda axtarır. İnternet isə onların əlində.

Yəni əskərlərimiz qalib gəlsə də, alimlərimiz, ziyalılarımız uduzmaqda davam edir. Ona görə də dünya həqiqəti görməkdə çətinlik çəkir.

İkincisi, gənclərin çoxu kitab axtarmağa vaxt sərf eləmir, bütün bilikləri internetdə axtarır. Və orda ancaq saxtalaşdırılmış tarix, gizli antitürk dəst-xətti ilə rastlaşırlar. Çox zəki olanlar - inanmır, əksəriyyətin izə zehni zəhərlənir və milli özgüvən itir, hətta özünə, millətinə antipatiya yaranır.  Düzdür, tarixçilərimiz az-çox yazırlar, amma bunların xarici dillərə tərcüməsi, pdf variantı, onlayn versiyaların hazırlanması, youtube-də videoroliklər və s. - bu artıaq tarixçi alimlərin deyil, proqramçıların, kompüter dizaynerlərinin, blogerlərin işidir,  amma təşkilati işi AMEA üzərinə götürməlidir. Akademiyanın hər sahədə resursları var, Hesablama texnologiyaları və s. üzrə ayrıca institut, aparıcı mütəxəssislər var, - sadəcə tşkilatlanma və ideya rəhbərliyinə ehtiyac var. Onları yığıb 8 saat otaqda saxlamaqla iş düzəlmir, işin yönü göstəriməlidir.

Üçücüsü, deyirlər ki, camaat uşağını niyə başqa dillərdə oxudur. Təbii ki, haqq qazandırmıram, amma səbəblərdən biri də dilimizin virtual məkanda hakim durumu bir yana qalsın, heç varlığı hiss olunmur. Sükanlar başsız qaldığından həvəskarlar nə gəldi yazır və çox vaxt da diletantların təqdimatı ilə rastlaşırıq. İstənilən mövzuya dair ancaq qəbul testləri, şablon cavablar tapmaq mümkün olur.  Ana dilimizdə elmi istiqamətlər üzrə  materiallar yerləşsirilmir. Kitabların pdf-i olmayanda, oxucu məcbur qalıb başqa dildə oxuyur.

Visiontv.az