Almaniya səfiri Ağdam məscidində
15.10.2021

Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq və Almaniya-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Tobias Baumann Ağdama gedib.

Bu barədə məlumatı Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Tvitter hesabında paylaşıb.

“Bu gün Almanya səfiri və Tobias Baumannla Ağdamda dağıdılmış tarixi-mədəni abidələri ziyarət etdik. Qonaqları yenidənqurma işləri ilə bağlı məlumatlandırdıq”.

Sözügedən səfərlə bağlı səfir də öz hesabında fotolar paylaşıb.

Visiontv.az