Aksiyada saxlanılanlara məhkəmə həbs qərarı verdi
02.12.2021

Dünən Bakının mərkəzində keçirilən etiraz aksiyası zamanı saxlanılan 5 nəfər məhkəməyə çıxarılıb.

Visiontv.az Bizimxeber.az-a istinadən xəbər verir ki, Səbail Rayon məhkəməsində istintaq orqanının təqdimatına baxılıb.

İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinən beş ictimai fəaldan

İlham Hüseyn 30 sutka,

Elçin Teymurov 25 sutka,
Elxan Əliyev 20 sutka,
Səyyad Quliyev 15 sutka,
Rüstəm İsmayılbəyli 30 sutka

inzibati həbs cəzası alıb.