AKP-nin hakimiyyətdə olması, Azərbaycan və türk dünaysının maraqlarına cavab verir
AKP-nin hakimiyyətdə olması, Azərbaycan və türk dünaysının maraqlarına cavab verir
06.04.2021 Məhəmməd Əsədullazadə Tərəfindən

Türkiyənin regional müstəvidə təsirinin artması, xüsusilə Cənubi Qafqaz və Mərkəzi Asiyada strateji cəhətdən möhkəmlənməsi, Rusiyanı ciddi narahat edir. Qeyd edim ki, 2023-cü ildən başlayaraq Türkiyə beynəlxalq münasibətlər sisteminə təsir edən bir ölkə olacağı gözlənilir. AKP-nin hzırkı siyasi kursu buna hesablanıb və Böyük Britaniya ilə birgə yeni siyasi nizamda yer alacaq.

Qeyd edim ki, 2016-ci ilə hərbi çevrlişi məhz Türkiyəni bu hədəflərinin qarşısını alınmasına hesablanmışdı. Bu hərbi çevrliş cəhdinin uğursuz olması, heç də anti-Türkiyə qüvvələrinin geri çəkilməsinə gətirib çıxarmadı. Hazırda Türkiyə hakimiyyətinin devrilməsində Qərbdə və Rusiyada maraqlı tərəfdir. 2016-ci il çevrilişində Rusiya və Qərb ayrı-ayrı cəbhədə olasada,  hazırda isə, Moskvada Türkiyə hakimiyyətnin daxili böhrana yuvarlanmasında maraqlı tərəfdir. Rusiya artıq  Türkiyənin Şərqə baxışını geosiyasi maraqlarına təhlükə hesab edir. Məhz 103 təqaüddə olan admiralın və sabiq millət vəkillərinin Montrö anlaşması və konustitusiya ilə  bağlı bəyanat verməsi, birbaşa hakimiyyəti təhdid etmək və narazı bir elektorad formalşadırmaqdır.

Ötən əsrdə boğazlarla bağlı Montre anlaşamsı və konustitusiya Türkiyənin hədəflərinə doğru addımlanmasında bir əngəldir. Bu da Qərb ölkələrini və Rusiyanı ciddi narahat edir. Tükriyə Montrö anlaşmasını ləğv edəcəksə, boğazlarda tam üstünlük əlində olacaq. Həmçinin konustituisynın dəyişiməsi, Türkiyəni gücləndirəcək. Ona görə də Türkiyə hakimiyyəti hədəf alınıb və məqsəd növbəti hərbi çevrlişə cəhddir.

Bu günki, Türkiyə hakimiyyəti və başda prezident R. T. Ərdoğan olmaqla heç bir hakimiyyət Türkiyəni bu qədər inkişaf etdirə bilməzdi. Türk dünyasını bir arya gətirə bilməyəcəkdi. Bu istiqamətdə AKP ciddi strateji siyasət reallaşdırır. Türkiyə dərin dövlətlə idarə olunur və hazıkrı hakimiyyət dərin dövlətin özüdür.

Qeyd etməklazımdır ki, Türkiyə və hakimiyyətinin  Azərbaycanın siyasi olaraq  yanında olması Qarabağda zəfər çalmağımızın əsas faktorlarındandır. AKP Türk xalqının milli və təhlükəsizlik maraqlarını həyata keçirdiyi üçün hədəfdədir. FETÖ -nün Türk ordusu daxilində dayaqlarının hələdə qalması təhlükənin qalmasını göstərir. CHP, İYİ partiya və hərhansı bir partiyanın hakimiyyətə gəlməsi Türkiyənin inkişafına zərbə vuracaq.

Qeyd edim ki,  İstanbulda CIHP-nin qələbəsi deyil, bu qələbə  İmamolunun özünün şəxsi qələbəsidir. 2023-cü il seçkilərində  AKP növbəti dəfə  hakimiyyətdə qalması mümkündür. Türkiyə ordusunda və siyasi sistemində növbəti təmizləmə əməliyatı keçirilib, xainlər zərərləşdiriləcək. Bu da prezident Ərdoğanın hakimiyyətini gücləndirəcək. 2023-dən sonra Türkiyə Montrö anlaşmasını və hazırkı konusititusiyanı ləğv edəcək.

Məhəmməd Əsədullazadə

MCP sədrinin muavini

Visiontv.az