Ağdamda iki nəfər mina partlaması nəticəsində həlak olub
16.03.2023

Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində kənd sakinləri mina partlayışı nəticəsində həyatlarını itiriblər.

Bu barədə Visiontv.az-a DİN-in mətbuat xidmətindən bildirilib. Həlak olanların 1999-cu il təvəllüdlü İsrail İbrahim oğlu Həsənov və 1987-ci il təvəllüdlü Amid Hüseyn oğlu Həsənov olduğu bildirilir. Onlar heyvan otararkən minaya düşüblər.

Araşdırma aparılır.