Ağa Mehdiyev 170 kilometr məsafəni səkkiz günə qət etdi - FOTO
08.01.2022

Azərbaycanlı gənc fəal Ağa Mehdiyev Bakıdan Qubaya piyada yürüş edib.

Ağa Mehdiyev narkomaniyanın acı fəsadlarına diqqət çəkmək məqsədilə həyata keçirdiyi yürüşə Biləcəri qəsəbəsindən başlayıb. Ötən ilin son günü yürüşə başlayan gənc 170 kilometr məsafəni səkkiz günə qət edərək yanvarın 7-də Quba şəhərinə çatıb.

“Ümumiyyətlə hadisələrə, problemlərin özünə yanaşmaları tədricən dəyişməyin tərəfdarıyam. Fikrimcə, bir çox məsələlər konfrans zallarından, nəzəri mövzulardan praktiki müstəviyə keçməlidir. Bu daha yaradıcı, anlaşılan, təsirli olur. Belə işlər insanları daha fərqli düşünməyə, həll yolları tapmağa sövq edir”, - deyə Ağa Mehdiyev sosial şəbəkədə paylaşım edib.

Ağa Mehdiyev yürüş boyu qarşılaşdığı maraqlı anların fotolarını çəkərək sosial şəbəkələrdə paylaşıb.

Visiontv.az