ABŞ Rusiyaya qarşı sanksiya tətbiq edib
15.04.2021

ABŞ Rusiyaya qarşı sanksiya tətbiq edib.

Visiontv.az-ın məlumatına görə, ABŞ Prezidenti Co Bayden Rusiyaya qarşı sanksiya tətbiq edilməsi barədə Fərman imzalayıb. 

Sanksiyaya əsasən, Rusiyanın Vaşinqtondakı diplomatik missiyasının 10 əməkdaşı ölkədən çıxarılacaq.

Bundan başqa, ABŞ öz şirkətlərinə Rusiya Mərkəzi Bankı, Milli Sərvət Fondu və ya Maliyyə Nazirliyi tərəfindən buraxılmış qiymətli kağızları birbaşa almağı qadağan edir.

Sənəddə Rusiya Xarici Kəşfiyyat Xidmətinin “Solar Winds”ə kiberhücuma görə məsuliyyət daşıdığı bildirilir.    

ABŞ Maliyyə Nazirliyi isə Rusiyanın ABŞ-da seçkilərdə müdaxilədə şübhəli bilinən 16 təşkilatına və fiziki şəxsinə sanksiya tətbiq edib.