ABŞ-ın Məxfi Xidmətinin direktor vəzifəsini icra edən Ronal Rou cümə axşamı ABŞ Nümanyəndələr Palatası panelinə bildirib ki, silahlı şəxs iyul ayında Prezident seçilən Donald Trampı vurandan sonra o, idarənin təhlükəsizlik tədbirlərini gücləndirib.
Direktor vəzifəsini icra edən Ronald Rou bu ilki seçki kampaniyası zamanı Trampa qarşı iki uğursuz sui-qəsd cəhdini araşdıran Nümayəndələr Palatasının yeddi Respublikaçı və altı Demokratdan ibarət işçi qrupu qarşısında ifadə verib.
Panelin cümə axşamı gec saatlarda yekun hesabatın təsdiqi üzərində səs verəcəyi gözlənilir.
“2024-cü ilin iyulun 13-dəki uğursuzluğumuzun ciddiliyini dərk etməyimiz vacibdir. Mən şəxsən öz müdafiəçimizi itirdiyimizi və uğursuzluğumuzun bir ata və həyat yoldaşının həyatı bahasına başa gəldiyini bilməyin ağırlığını daşıyıram,” deyə Rou ifadə verib.
“Bu hadisə Məxfi Xidmətin gözləntilərini və öhdəliklərini yerinə yetirmədiyini göstərir.”
Məxfi Xidmət Trampa sui-qəsd cəhdlərindən sonra işçi sayı və kommunikasiya imkanları səbəbilə suallarla üzləşib.
İyul ayında Pensilvaniyanın Batler şəhərində keçirilən seçki görüşündə bir silahlı şəxs səkkiz dəfə atəş açaraq Trampı qulağından yaralayıb, bir mitinq iştirakçısını öldürüb. Silahlı şəxs Məxfi Xidmətin snayperi tərəfindən vurularaq, öldürülüb.
Bundan ik ay sonra əlində silah olan bir şəxs Floridada Trampın sahib olduğu qolf sahəsininin yaxınlığında gizlənib. Prokurorlar onun məqsədinin qolf oynayarkən o zamankı prezidentliyə Respublikaçı namizədi öldürmək olduğunu deyib.
Şübhəli şəxs Rayan Rut federal ittihamlar üzrə özünü təqsirli bilməyib və hazırda məhkəməni gözləyir.
Rou istintaqa yardım etdiyinə görə bir çox Respublikaçı qanunverici tərəfindən təriflərə layiq görülüb. Ancaq Rou Respublikaçı Nümayəndə Pat Fallonun onun bu il 11 sentyabr 2001-ci il hücumlarının ildönümünü qeyd edən mərasimdə iştirakını sual etməsinə qəzəblənib.
“11 sentyabrdan siyasi məqsədlər üçün istifadə etməyin,” Rou qışqırıb və əlavə edib ki, o, hücumdan sonra Dünya Ticarət Mərkəzinin yerləşdiyi ərazini ziyarət edib və mərasimdə Məxfi Xidməti təmsil etmək məqsədilə iştirak edib.
Fallon deyib ki, o, Roun mərasimdə yüksək səviyyəli rəsmiləri müdafiə etmək üçün olub-olmadığına dair “ciddi sullar” verir.
Rou deyib ki, o, Pensilvaniyada hadisəndə təhlükəsizlik tədbirlərindəki pozuntulara görə “xəcalət” çəkir. O, agentliyin Floridadakı insidentə cavabını müdafiə edərək, silahlı şəxsi atəş açmadan öncə görən agenti tərifləyib.
Rou deyib ki, o, atışmadan sonra bir sıra dəyişikliklər edib. Buna agentlər üçün təlimlərin artırılması, yerli hüquq-mühafizə orqanları ilə kommunikasiyanın sadələşdirilməsi və Trampın mühafizəçilərinin sayının artırılması daxildir.
visiontv.az