ABŞ-ın Ermənistan siyasəti bu ölkə ilə Azərbaycan arasında sülh imkanlarına mənfi təsir edir
ABŞ-ın Ermənistan siyasəti bu ölkə ilə Azərbaycan arasında sülh imkanlarına mənfi təsir edir
22.09.2021 Məhəmməd Əsədullazadə Tərəfindən

ABŞ prezidenti C. Bayden və Dövlət katibi Blinkenin Ermənistanın müstəqilliyi günü münasibətilə ünvanladığı məktubda konkret olaraq Ermənistan Azərbaycan arasında böhranın davam etməsinə, revanşist qüvvələrin maraqlarına xidmət edən bir açıqlama kimi xarakterizə etmək olar. İlk növbədə ABŞ belə bir ritorikaya getməməli idi.

Görünür, Vaşinqton Rusiya sülhməramlı qüvvələrinin Qarabağda mövqelənməsindən rəsmi Bakıya qəzəblidir. ABŞ prezidentinin əsirlərlə, həmçinin  "status" məsələsi və Minsk qrupunun fəaliyyəti ilə bağlı mesajı Cənubi Qafqazda uzun müddətli sülh imkanlarını hədəf alır. Bununla, rəsmi Yerevanın ritorikasının dəyişməsinə gətirib çıxarır. Məhz ötən gün Baş nazir Nikol Paşinyanın iki erməni dövlətindən bəhs etməsi və Qarabağ məsələsini qabartması bunun nəticəsidir.

Qeyd edim ki, ABŞ -ın Ermənistandakı səfiri demək olar ki, hər gün "Dağlıq Qarabağ problemini" gündəmə gətirir. Həmçinin "status" məsələsinin vacibliyini qeyd edir.  Görünür, Yerevanda səfirə təlimat birbaşa ABŞ-dan  verilir. Yoxsa, səfir belə bir açıqlama ilə çıxış edə bilməzdi.

ABŞ bu mövqeyi rəsmi Yerevanın mövqelərinə təsir edəcək və Baş nazir Nikol Paşinyan Azərbaycanla hərhansı bir danışıqlarda Vaşinqtonun gündəmə gətirdiyi təkliflərlə çıxış etməsi mümkündür. Təbii ki, bu halda Azərbaycan danışıqlar aparmayacaq və proses Ermənistanın ziyanına olacaq. ABŞ-ın, Fransanın bütün cəhdlərinə baxmayaraq Azərbaycan Minsk qrupu formatına qayıtmayacaq.
Təbii ki, ABŞ-ın bu siyasəti Ermənistanda mövqelərini möhkəmləndirməyə və regionda təsirinin güclənməsinə hesablanır.

Vaşinqton və Bakı arasında soyuq rüzgarlar əsir.  Rəsmi Bakı Vaşinqtonla təmasları artırmalı, Ağ Ev və Dövlət Departamentinin siyasətində Azərbaycanla bağlı müsbət siyasətin formalaşmasına çalışmalıdır. Vaşinqtonla söz və diplomatik dartışma məqbul deyil. Rəsmi Bakı Vaşinqtonla təmasları artırmalıdır.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə

Visiontv.az