ABŞ 100 gün ərzində Rusiyanın 330 milyard dollarlıq aktivini dondurub
ABŞ 100 gün ərzində Rusiyanın 330 milyard dollarlıq aktivini dondurub
30.06.2022 MEDİA Tərəfindən

ABŞ 100 gün ərzində Rusiyanın 330 milyard dollarlıq aktivini dondurub. Bu barədə  ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Departamentin məlumatına görə, hazırda Rusiya Mərkəzi Bankının 300 milyard dollarlıq aktivləri bloklanıb.

Həmçinin sanksiya altında olan rusların 30 milyard dolları, yaxtaları, dəbdəbəli daşınmaz əmlakları və digər əmlakları dondurulub.

Bundan əlavə, ABŞ Xəzinədarlığı Rusiyanın qlobal maliyyə sisteminə çıxışını məhdudlaşdıraraq, Kremlin Ukraynaya qarşı müharibə aparmaq üçün lazım olan texnologiyanı əldə etməsini çətinləşdirib.

visiontv.az