7 yanvar - bürc proqnozu
07.01.2021

Visiontv.az 7 yanvara olan bürc proqnozunu təqdim edir.

Qoç
Gün məhsuldar olacağını vəd edir deyə, nə məşğuliyyət tapsanız, düzgün hərəkət etmiş olacaqsınız. Yeniliyi tez öyrənirsiniz, başqalarının təcrübəsindən bəhrələnəcəksiniz. Mənzilinizdə dəyişiklik edə bilərsiniz. Bu, sizin üçün gözlənilməz əyləncəli ev işi olacaq.

Buğa
Çətin gündür. Etiraf etməlisiniz ki, imkanlarızı düzgün dəyərləndirməmisiniz. Çoxdan tanıdıqlarınıza etibar edin, xüsusən, dəfələrlə sizin etimadınızı doğruldanlara. Yeni tanışlarla isə ehtiyatlı olun, onlar verdikləri boş vədlərlə sizi azdıra bilərlər. Bu gün əlinizə götürdüyünüz işi tamamlamağınız məsləhətdir. Yeni səhvlərə yol verməmək üçün fikrinizi cəmləyin.

Əkizlər
Adi gün deyil, yəni təhlükə istisna olunmur. Qısası, xoşagəlməz hallardan uzaq durmaq şansınız olacaq. Günün ikinci yarısında ciddi məsrəflərin olacağı gözlənilir. Ən pisi isə budur ki, xərclədiyiniz məbləğin çox hissəsi mənasız yerə gedəcək. Maddi vəziyyətinizin bir neçə günə bərpa olunacağını nəzərə alaraq, qənaətcil olsanız, yaxşı olar.

Xərçəng
Gün bir sıra neqativ emosiyalar gətirəcək. Bu üzdən də özünüzə nəzarəti itirəcəksiniz. Böyük ehtimalla ən yaxın adamınızla mübahisə edəcəksiniz. Yaxşı olar ki, fitnələrə uymayasınız. Bu gün yaşlılarla müqayisədə özünüzdən kiçik olanlarla daha asanlıqla dil tapacaqsınız.

Şir
Çətinliklərdən qorxmayın. Bu gün çətinliyiniz çox olacaq, amma siz hamısının öhdəsindən gələcəksiniz. Ulduzlar məsləhət görür ki, spirtli içkilərdən uzaq durun. Digər tərəfdən, soyuqdəymədən xəstələnəcəyiniz bildirilir. Profilaktik müalicələrə başlamağınız məsləhətdir. Qənaətcil olun, xüsusən də günün ikinci yarısında planlaşdırmadığınız məsrəflərdə uzaq durun.

Qız
Bu gün kifayət qədər probleminiz çıxacaq. Əgər nikbinliyinizi qorusanız, axşama doğru neqativ halların izi belə qalmayacaq. Bu günə mağazaları gəzməyi planlaşdırmısınızsa, onda parlaq və qeyri-adi, ekstravaqant mallara diqqət yetirin.

Tərəzi
Sizi uğurlu gün gözləyir. Günün birinci yarısı planlaşdırılan qələbəni gözləmə zamanıdır. Siz istədiyinizə nail olmaqla yanaşı, zəhmətinizin də hədər getmədiyinə sevinəcəksiniz. Günün ikinci yarısında sizi çoxlu sürprizlər gözləyir. Ailə münasibətlərini möhkəmləndirmək üçün bu gününüzdən faydalanın.

Əqrəb
Sizi çoxdan bəri narahat edən suallara cavab tapacaqsınız. Dostlarla, qohumlarla ünsiyyətdə olarkən səmimi olun, onda sizin hərəkətlərinizi layiqincə qiymətləndirəcəklər. Gün mədəni istirahət üçün əlverişlidir. Teatr və ya konsertə getsəniz, oradan yaxşı təəssüratla ayrılacaqsınız.

Oxatan
Ehtiyatlı olun. Təəssüf ki, bu gün çoxlu xoşagəlməz hadisələr gətirəcək. Bürcün bir çox nümayəndələrinin səhhəti korlanacaq və bu üzdən də planlaşdırılan işləri təxirə salacaqlar. Şəxsi münasibətlərdəki gərginlik artacaq. Bir sözlə, bu gün sizin üçün dəyərli olan kəslərlə anlaşmaq çətin olacaq.

Oğlaq
Gün sizdən hərəkətə keçməyinizi tələb edəcək. Amma, görünür özünüzü bu məsələdə mübarizəyə hazırlaya bilmirsiniz. Təşkilatçılıq işilə məşğul olmağınız məsləhət görülmür. Gün uzunmüddətli planlaşdırmaya, böyük miqdarlı investisiyaya, sövdələşmə imzalamağa yaramır.

Dolça
Sizin üçün gün asan olmayacaq. Siz istəməsəniz belə, qaynar hadisələrin mərkəzində olacaqsınız. Yaxınlarla aranızda fikir ayrılığı olacaq. Probleminizin olmadığını nümayiş etdirməyə çalışmayın. Baş verənləri müzakirə etsəniz, vəziyyətdən çıxış yolunu tapa bilərsiniz.

Balıqlar
Mədəni əyləncə mərkəzlərini ziyarət etmək üçün yaxşı gündür. Yeni təəssüratlar sizi sevindirəcək və yaradıcılığınıza müsbət təsir göstərəcək. Bu gün sizi ziyarət edən ideyalardan öz maraqlarınız çərçivəsində istifadə edə bilərsiniz. Bu gün həmçinin qohumları da ziyarət edə bilərsiniz. Böyük alış-veriş üçün münasib gündür.