44 günlük Vətən müharibəsindən bəhs edən "Savaşçı" serialı "Fox TV" ekranlarında
22.04.2021

Türkiyənin "Fox TV" kanalında yayımlanan məşhur "Savaşçı" serialı 5-ci sezonu açıq elan edib.

Visiontv.az xəbər verir ki, bu sezonda Azərbaycan izləyicisinin diqqətini çəkən əsas məqam, azərbaycanlı zabit obrazını həmyerlimiz rejissor Natiq Axunun canlandırmasıdır.

Qeyd edək ki, serialda 101-ci bölümdən etibarən 44 günlük Vətən müharibəsi mövzusu yer almağa başlayıb. 

Serialda həmçinin gənc aktyor, həmyerlimiz, Rafiq Rəhimli də yurd-yuvasına dönən, Qarabağlı, cəsur bir gəncin obrazını yaratmışdır.

Filmdən pərdəarxası eksklüziv fotoları təqdim edirik: