“44 günlük müharibədə Ermənistanı dəstəkləyən tək ölkə Rusiya idi”-Rusiyalı diplomatdan şok etiraf
16.10.2021

Ermənistandakı rus səfir Sergey Kopırkin İrəvanda keçirilən “Ermənistan-Rusiya. Yeni strategiyanın imperativi” mövzusunda geosiyasi diskussiyada çıxışı zamanı İkinci Qarabağ müharibəsində Rusiyanın Ermənistana kömək etdiyini etiraf edib.

Bu zaman Kopırkin adlarını qeyd etməsə də, bəzi ölkələrin bostanına daş atmağı da unutmayıb:

“İndi fərqli regionlardan bəzi ölkələr özləri üçün yeni regional düzəndə nələrsə qazanmaq istəyir. Amma müharibə vaxtı hamısı susurdu”.

Səfir haqlıdır, Rusiya 44 günlük müharibənin gedişində həqiqətən də Ermənistana hər cürə kömək edib. Ancaq həmin günlərdə Rusiya Ermənistana gizli və ya açıq şəkildə dəstək verən tək ölkə deyildi. Fransa da, İran da, Yunanıstan da, Kanada da, bir sıra ərəb ölkələri də işğalçı və terorçu Ermənistana bu və digər şəkildə köməklik göstərirdi.

Bu baxımdan, indi Rusiyanın "yorğan"ı təkcə öz üzərinə çəkməyə çalışması da olduqca maraqlı görünür.

Bəybala Mirzəyev

visiontv.az