3 oktyabr 1993-cü il prezident seçkilərinin digərlərindən fərqləndirən cəhətlər
3 oktyabr 1993-cü il prezident seçkilərinin digərlərindən fərqləndirən cəhətlər
03.10.2022 Nəsib Məhəməliyev Tərəfindən

Müasir Azərbaycan dövlətçiliyinin tarixində ən önəmli, taleyüklü günlərdən biri 3 oktyabr 1993-cü ildə keçirilmiş prezident seçkiləridir. Xalqın gələcək müqəddaratının müəyyənləşdirilməsində, Azərbaycan adlı güclü dövlətin formalaşmasında xüsusi çəkisi olan seçkilərdə Heydər Əlirza oğlu Əliyev ilk dəfə Prezident seçildi.

Sual oluna bilər. Yaddaşlara əbədi olaraq həkk olunmuş 3 oktyabr seçkilərini digərlərindən fərqləndirən cəhətlər hansılardır?.

Birincisi, nə ölkə daxilində, nə də ki, əcnəbi ölkələrdə keçirilən seçkilərdə buna bənzər kütləvilik, seçici fəallığı görünməmişdi. 1988-93-cü illər arası, beş siyasi hakimiyyət dəyişikliyindən, Qarabağdakı təxribatlardan, bir balaca sosial gərginlik yaranan kimi, canlarını götürüb qaçan prezidentlərdən bezmiş xalq, nicatını Heydər Əliyev şəxsiyyətində görürdü. AXC-Müsavat cütlüyünün bir illk hakimiyyəti ölkəni xaosa, anarxiyaya sürükləmiş, Gəncədə qardaş qanı axıdılmış, vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Hər bir rayonda, kənddə təşkilatlanmış silahlı kriminal dəstələr peyda olmuşdu. Adam öldürmək, qan tökmək adi hal almışdı. Cəmiyyətdə söz sahibi dövlət strukları, ziyalılar, ağsaqqallar deyil, savadsız, elementar insan əxlaqından uzaq, tüfeyli kriminal ünsürlər idi.

İkincisi, Xalq Heydər Əliyevi 1969-82-ci illər ərzində Azərbaycana rəhbərlik etdiyi dövrlərdə, daha sonra SSRİ miqyasında gördüyü işləri xatırlayır, onun savadına, dünya görüşünə, təcrübəsinə tam arxalanırdı. Ölkənin düşdüyü böhran vəziyyətindən çıxara biləcək yeganə Lider olduğuna inanırdı.

Tarix sübut etdi ki, Ulu Öndər üzərinə düşən missiyanı şərəflə yerinə yetirdi, xalqın etimadını artıqlaması ilə doğrultdu. Əgər Heydər Əliyev olmasaydı, Azərbaycan adında dövlət olmayacaqdı. Ən yaxşı halda, ildə bir neçə hakimiyyət dəyişikliyinin baş verdiyi, ərazilərinin əksər hissəsini itirmiş “banan respublikası” ola bilərdi.

Yeri gəlmişkən, Ümumilli Liderin andiçmə mərasimindən çəkilmiş bu şəklin tarixçəsini xalqımızın, ələlxüsus gənclərimizin bilməsi vacibdir. Məsələ ondadır ki, inaqurasiya zamanı Heydər Əliyevin bayrağa yaxınlaşaq dizi üstə çökərək öpməsi, dünyada bir ilkdir. Ona qədər heç bir dövlət başçısı belə bir jest etməmişdi. Ümummilli Liderin bu hərəkəti, onun Azərbaycan xalqına, dövlətnə bağlılığının təzahürüdür.

Gənclərdə vətənpərvərlik ruhunun tərbiyə olunması, dövlət atributlarına münasibətin formalaşması baxımından, Heydər Əliyev məktəbindən öyrənməli çox şey var.

Minilliklər keçsə də, Azərbaycan xalqı durduqca, Ulu Öndərin xidmətləri, dərin minnətdarlıq hissi iə xatırlanacaqdır.

Millət vəkili Nəsib Məhəməliyev

visiontv.az