23.09.2019 Bürclər sizə nələr vəd edir?
23.09.2019

Qoç
Məqsədə çatmaq, planı reallaşdırmaq üçün var qüvvənizlə çalışın. Işlərinizin axarını gücləndirmək üçün dostlarınızın yardımlarından istifadə edin. Günün ikinci yarısında emosional olmayın. Axşam saatlarında normal istirahət edin.

Buğa
Sizi narahat edən məsələləri anlamağa çalışın. Yeni məsələ ilə maraqlana bilərsiniz. Şəxsi münasibətlərdə təzyiqlərdən uzaq durun. Hadisələri qabaqlamağa can atmayın.

Əkizlər
Problemlərin həllində bədbinliyə qapılmayın. Alış-veriş üçün əlverişli gün deyil. Günün ikinci yarısında aktiv olun, kənar müdaxilələrə imkan verməyin. Axşam saatlarında dostlarla görüşü təxirə salın.

Xərçəng
Hisslərinizə hakim olun, emosiyalarınıza nəzarət edin. Səbirsiz olmayın. Günün ikinci yarısında müəyyən sahədəki problemlər ağırlaşacaq. Istirahət, əyləncəni hələlik unudun, işlə daha ciddi məşğul olun.

Şir
Ehtiyatlı olun, macəra və sərgüzəşt aramayın. Günün ikinci yarısında emosiyalarınızı tarazlayın. Qəfil qərarlar verməyin. Gərəksiz etiraflara qapılmaq sizi zəiflədəcək.

Qız
Təmkinli və səbirli olun, emosional hərəkətlər etməyin. Münaqişəli situasiyada kompromis imkanı varsa, faydalanın. Güzəştə getməyi bacarın, ancaq əsla geri çəkilməyin.

Tərəzi
Maliyyə, pul köçürmələri və alış-veriş əməliyyatları ilə bağlı istənilən işlər üçün münasib gün deyil. Eyni zamanda bədxərclik etməyin. Nigaranlıq və narahatlıq münasibətlərdə gərginlik yarada bilər.

Əqrəb
Səbirli və təmkinli olun, hisslərinizə nəzarət edin. Əks təqdirdə problemlərin yeni həll yollarını aramalı olacaqsınız. Işlə bağlı məsələlərdə laqeyd olmayın. Normal istirahət edin.

Oxatan
Yeni və gözlənilməz informasiya alacaqsınız. Daxili gərginliyə yol verməyin. Səhhətinizə fikir verin. Axşam saatlarında gəzintiyə çıxın.

Oğlaq
Bu gün vacib problemin həlli ilə daha aktiv məşğul olun. Birgə fəaliyyət göstərdiyiniz insanların fikir, mövqe və təsir imkanlarını öyrənin. Toplantı, müzakirə və danışıqlar üçün əlverişli zamandır. Hisslərinizin işin gedişnə mane olmamasına çalışın.

Dolça
Təcili həllini tələb edən məsələlərlə məşğul olmaq üçün qətiyyətli addımların atılmasına ehtiyac duyulur. Hisslər, emosiyalar və münasibətlər üçün çətin gündür. Maliyyə əməliyyatları, alış-veriş, xərclər məsləhət deyil.

Balıqlar
Xərcləri təxirə salın, alış-verişdə ani hisslərə və emosiyalara qapılmayın. Şəxsi münasibətlərdə xilasetmə əməliyyatlarına başlayın. Günün ikinci yarısında görüşəcəyiniz insan sizi ruhlandıracaq.