2021-ci ilin əsas hadisələrindən biri də koronavirus peyvəndi olacaq - Kənan Rövşənoğlu
2021-ci ilin əsas hadisələrindən biri də koronavirus peyvəndi olacaq - Kənan Rövşənoğlu
30.12.2020 Kənan Rövşənoğlu Tərəfindən

Artıq bir sıra ölkələrdə peyvəndləmə başlayıb. Dünən Çindən "Sinovac" peyvəndinin ilk partiyası Türkiyəyə gətirilib.

İndi peyvəndə münasibət birmənalı deyil, bir çoxları vurdurmayacağını deyir. Amma düşünürəm ki, tədricən hər kəsə vurulacaq. Çünki yeni dövrdə bir sıra işlər, o cümlədən xaricə səyahət yalnız peyvəndlə mümkün olacaq. Ona görə də imtina edənlərin az olacağını düşünürəm.

11 ölkədə peyvəndin hazırlandığı məlumdur. Onlardan bəzisi artıq vurulur, bəzisi isə hələ test mərhələsindədir. Çin peyvəndinə gəlincə-güman ki, bizə də onlardan gətiriləcək. Məncə ən salamatı və etibarlısı elə Çin peyvəndi olacaq.

Xəstəlik Çində yayıldığı üçün onun xüsusiyyətlərini də ən yaxşı çinlilər bilir. Yəni onların peyvəndinin daha etibarlı oalcağını ehtimal etməliyik. Necə deyərlər, lalın dilini anası bilər. Amma mümkündür ki, xəstəliyin yaradıcısı başqa ölkə olsun. Bu səbəbdən də ən etibarlı peyvənd hansı ölkədən çıxacaqsa, demək ki, xəstəlik də o ölkənin məhsuludur.

Visiontv.az