2014-cü ildə yoxa çıxmış 370 saylı Malaziya təyyarəsi
06.08.2021

Malaziyadan Çinə Boing 777 sərnişin təyyarəsi yola düşdü. Təyyarədə 227 sərnişin, kabin heyəti ilə birlikdə insan sayı 239 idi. Yol 5 saat idi, ancaq təyyarədə 7 saatlıq benzin vardı. Havaya qalxdıqdan 37 dəqiqə sonra təyyarə Malaziyadan çıxmışdı. Təyyarə Çinə Vyetnamdan keçərək getməli idi.

Ancaq pilotdan eşidilən son sözlər “Hər şey qaydasındadır. Gecəniz xeyirə” oldu. Bu səsdən sonra təyyarə bütün radarlardan silindi və onunla əlaqə tamamilə kəsildi. Ancaq hərbi radarlarda müəyyən müddət naməlum obyekt kimi izlənilirdi, deyilir ki, təyyarə gəldiyi istiqamətə qayıdır, yəni, geri hərəkət edirdi.

Əsl müəmmalı məqam təyyarənin 6 saat sonra da səmada olması idi. Şimalı Çin dənizində ABŞ, Sinqapur, Tayland, Malaziya, Avstraliya, Vyetnam və Flippindən qatılan dəstələr birlikdə axtarış və xilasetmə əməliyyatı həyata keçirirdilər. Ancaq axtarışlar heç bir nəticə vermədi. Sərnişinlərin ailələri və yaxınlarının təzyiqi ilə ölkə axtarış sahələrini genişləndirdi. Axtarışda artıq 26 dövlət iştirak edirdi.

Hadisədən 17 gün sonra Malaziya prezidenti təyyarənin Hind Okeanında qəzaya düşdüyünü açıqladı. Çinə tərəf getməli olan təyyarənin Avstraliyada nə işi idi? Bu açıqlamaları doğru hesab etməyən sərnişinlərin yaxınları Malaziya və Çin səfirlikləri qarşısında etiraz aksiyaları keçirməyə başladı. Onlar həqiqətin deyilməsini tələb edirdilər. 17 Yanvar 2016-cı ildə axtarışlar yekunlaşdı… Təbii ki, nəticəsiz, ancaq bu hekayədə çox qəribə məqamlar vardı.

-Pilotların susmağı
-Cihazların bir-bir əllə söndürülməsi
-Təyyarənin itməsindən 10 saat sonra belə bəzi sərnişinlərin mobil telefonlarından siqnalların gəlməsi
-Sərnişinlərdən siqnal alınsa da, təyyarənin özündən heç bir siqnalın gəlməməsi

Visiontv.az