20 yaşlı şəhidimiz dəfn olundu - FOTOLAR
01.06.2021

Vətən müharibəsində iştirak edən 20 yaşlı İmanov Məmmədağa İqab oğlu 04.04.2001-ci ildə Neftçala rayonunda anadan olub. 09.10.2020-ci ildə Xocavand rayonu uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhidin nəşi bu gün Neftçala şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Dəfndə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, ruhanilər, şəhid ailələri və ağsaqqalar iştirak edib.

Dəfndən öncə şəhidin ruhuna hörmət olaraq fəxri qarovul düzülüb və yaylım atəşi açılıb. Şəhid dəfn olunduqdan sonra Azərbaycanın 3 rəngli şanlı bayrağı şəhidin atasına təqdim olunub.