Dünya kinosunun ən parlaq ulduzlarından olan Merilin Monronun portreti 195 milyon dollara satılıb.
Visionv.az "TRT-Haber"ə istinadən xəbər verir ki, “Güllələnmiş Sage Blue Merilin” portreti ötən əsrin ən bahalı sənət əsəri oldu.
Portret "XX əsr əsərləri" arasında ən yüksək qiymətə malik Amerika əsəri oldu. Hərrac yolu ilə satılan əsərlər arasında "bütün zamanların ikinci ən bahalı əsəri" olaraq tarixə keçdi.
Qeyd edək ki, "Shot Sage Blue Merilin" amerikalı rəssam, pop-art hərəkatının öncüsü Endi Uorhol tərəfindən 1963-cü ildə Merilin Monronun ölümündən iki il sonra çəkilib.
İlahə Əliyeva