100 İlin missiyası – Əzəli və həqiqi Avropaya doğru: Kamran QASIMOV yazır
05.06.2023

Vətənimiz Avropadır, yoxsa Vətənlərimizin Avropası? Almaniyanın Kansleri Helmut Kol və Fransa Prezidenti Fransua Mitterana məxsus olan bu konseptual yanaşma həqiqətən son 50 ildə Qərbi Avropanın sərt dilemmasına çevrilib.

Əslində bütün bu yanaşmaların kökündə İkinci Dünya Müharibəsinin nəticələri dayanır. Məlum məsələdir ki, İkinci Dünya Müharibəsindən sonra bütün Qərbi Avropa uzun müddət müharibə xofundan xilas ola bilmirdi. Şərqi Avropanın Sovet İttifaqının nüfuz dairəsində, daha dəqiq desək sərt nəzarətində olması coğrafi Avropanın siyasi cəhətdən bütövlüyü konsepsiyasının həyata keçməsini ümumiyyətlə mümkünsüz edirdi. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkiları, Avropa İttifaqı, Qərbi Avropanın yarısını əhatə edən Şimali Atlantika Müqaviləsi Təşkilatı, hətta şengen razılaşması belə bütöv Avropa fikrini ifadə etmirdi. 1918-ci ildə Cənubi Qafqaza, daha doğrusu Avropanın coğrafi sərhədlərinə qədər uzanması məsələsi Qərbin susdurma siyasəti, laqeydliyi və daha qabarıq şəkildə ifadə etsək ikilistandartları səbəblərindən baş tutmadı. Məsələn 1920-ci ildə İtaliya Azərbaycan Xalq Cümhuriyyətinin qəyyumu təyin edilsə də, bu qərar elə həmin ilin aprelin sonların verilmişdi. Nəticədə 1920-ci ildən başlayaraq 1921-ci ilə qədər bütün Cənubi Qafqaz Sovetlər tərəfindən işğal olundu. 1991-ci ildə Sovet İttifaqının çökməsi belə 1918-ci ildəki konsepsiyasının həyata keçməsini təmin edə bilmədi. Bu gün Avropa yenə də böhran yaşayır. Rusiya-Ukrayna müharibəsi faktiki olaraq Şərqi Avropanın bəzi ölkələri ilə Qərbi Avropa arasında fikir ayrılığına, daha dəqiq desək böhran vəziyyətinə gətirib çıxarır. Belə vəziyyətdə yeni formata, daha doğrusu yeni platformaya ehtiyac yaranır. Ötən ilin oktyabr ayında coğrafi baxımdan Avropa adlanan ərazidə yerləşən bütün dövlət və hökumət rəhbərləri Çexiyanın paytaxtı Praqada yeni platformanın ilk sammitində iştirak edirlər. İlk sammit ATƏT və hətta Avropa İttifaqı formatından daha effektiv

1 iyun 2023-cü il tarixdə keçirilən Avropa Siyasi Birliyinin Moldova Sammiti Avropa üçün təxminən ötən 50 ilin ən böyük sualının cavabının tapıması üzrə yeni mərhələnin başlanğıcı hesab olunmalıdır. Coğrafi Avropanın 47 dövlət və hökümət başçısının iştirak etdiyi Sammit sanki Qərbi Avropa liderlərinin öz sələflərinin səhvlərini düzəltmək, yeni reallıqlar fonunda 100 illik missiyanın qətiyyətli şəkildə yerinə yetirmək missiyasını daşıyır.

Artıq Avropa Birliyi anlayışı təkcə konkret ölkələrin şərtləndiyi anlayış kimi qəbul edilməyəcək. Əgər Birlik təşkilata çevrilərsə, o zaman bu ifadə həqiqi coğrafi sərhədlərini əhatə edəcək bütöv Avropa olacaq. Cənubi Qafqazın vahid Avropa evinin qurulmasına, yaxud əzəli Avropa evinin bərpasına cəlb edilməsinin kökündə Azərbaycan faktoru vacib rol oynayır. Ötən ilin iyul ayında Azərbaycanla Avropa İttifaqı Komissiyası arasında imzalanan enerji təhcizatı ilə bağlı saziş, eləcə də Bolqarıstan-Yunanıstan interkonnektoru, Rumıniyada yaşıl enerji ixracı ilə bağlı saziş, eləcə də Orta dəhliz konsepsiyasının bu gün artıq reallığa çevrilməsi əslində Avropa evinin qurulması istiqamətində atılmış addımlardır. Azərbaycan prezidenti İlham Əliyevin Moldovada keçirilən Avropa Siyasi Birliyinin II Sammitində iştirakı yeni Avropa platforması üçün son dərəcə zəruri olduğunu bir daha sübut etmiş oldu. Sammitin üç əsas hədəfi enerji, nəqliyyat və təhlükəsizlik məsələləri Azərbaycan Prezidentinin strategiyasınIN əsasını təşkil edir. Prezident İlham Əliyev 2022-ci ilin 2 sentyabr tarixində İtaliyanın “Ambrosetti” Beyin Mərkəzində keçirilən nüfuzlu Forumda etdiyi çıxış, əslində yeni siyasi reallıqlar fonunda Avropanın enerji təhlükəsizliyi üçün konkret hədəflər müəyyən edirdi. Bu hədəflər bilavasitə təhlükəsiz Avropa strategiyası ilə bağlı idi. Prezident İlham Əliyev demişdi: “Enerji strategiyamızın ikinci mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlı idi. Azərbaycanın təsdiq edilmiş ehtiyatları ilə bağlı məlumata əsasən, bizim ehtiyatımız 2,6 trilyon kubmetrə bərabərdir. Azərbaycan son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təhcizatçıdır. Lakin mövcud potensial və qaz strukturuna sərmayə yatırmaq planımızı nəzərə alsaq, bizim böyük qaz təhcizatı boru kəmərinin inşasına ehtiyacımız var idi. Biz bunu Cənub Qaz Dəhlizi adlandırdıq. Cənub Qaz Dəhlizi üç boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəməridir ki, o, İtaliyaya qədər uzanır. ”

Prezident İlham Əliyev bu ilin fevral ayında keçirilən Münhen Təhlükəsizlik Konfransında Cənubi Qafqazın yeni təhlükəsizlik xəritəsini təqdim etdi. Yeni və əzəli Avropa evi hər şeydən öncə təhlükəsizlik zolağı olmalıdır. Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması Avropanın şərq sərhədlərində əmin-amanlığın təmin edilməsi, enerji və loqistika layihələrinin inkişafı üçün əlverişli zəmin deməkdir.

Beləliklə Şimal Qərbi Avropadan Avropanın coğrafi ərazisi olan Cənubi Qafqaza, daha dəqiq desək Reykyavikdən Bakıya qədər yeni Avropa platdorması formalaşır. Əslində həqiqi Avropa Birinci Dünya Müharibəsi sona çatdıqdan sonra belə olmalı idi. 100 ildən artıq bir zaman kəsiyində baş verən kataklimzlər, müharibələr, siyasi və iqtisadi böhran Qərbi Avropanı düşündürməyə vadar etdi. Azərbaycanın Vətən Müharibəsində qazandığı qələbə vahid Avropa evinin qurulması istiqamətində ilk siqnal idi. Rusiya-Ukrayna müharibəsi sözdən əməl keçidi şərtləndirdi. Və nəhayət bu günün reallığı - Azərbaycan Prezidenti İlham Əliyevin enerji və təhlükəsizlik strategiyası əzəli Avropa evinin bərpasında, 100 ildən artıq bir zaman kəsiyini əhatə edən gecikmiş ali və bəlkə də müqəddəs missiyanın həyata keçməsində təməl rolunu oynayır.

Kamran Qasımov

Amerika Televiziya Sənətləri və Elmləri Akademiyasının üzvü,

Real Təhlil İnformasiya Mərkəzinin “Mir Şahinin Vaxtı”

layihəsi üçün hazırlanmış reportaj

Adalet.az