04.09.2019 Bürclər sizə nələr vəd edir?
04.09.2019

Qoç
Günün emosional mənzərəsi sabitdir. Əhvalınız yaxşı olacaq, nikbinliyinizi itirməyəcəksiniz. Ehtimal ki, təhsildə nailiyyətləriniz olacaq. Dostların əhatəsində şən gün keçirə bilərsiniz. Evdə otursanız, darıxacaqsınız.

Buğa
Professsional baxımdan məhsuldar gündür. Maliyyə işlərində səliqə-səhman yaradacaqsınız. Əmlakla bağlı mübahisəli məsələni həll edəcəksiniz. Heç kimə imkan verməyəcəksiniz ki, sizi dolaşığa salsın.

Əkizlər
Yaxınlarla münasibət yaxşı olmayacaq. Sizi narahat edən, həyəcanlandıran məsələləri gizli saxlamağa çalışacaqsınız. Işdə isə sizi böyük uğurlar gözləyir. Istənilən çətin məsələni tez və keyfiyyətli həll edəcəksiniz. Ehtimal ki, gəliriniz olacaq.

Xərçəng
Sakitliyinizi qoruyub saxlamaq elə də asan olmayacaq. Sizi naməlum həyəcan, narahatçılıq basacaq. Şübhələr içində olduğunuz məqamda yaxınlarınız dadınıza yetəcək. Təhlükəsizliyə çıxdığınızı hiss edən kimi bir çox məsələlərə cavab tapacaqsınız.

Şir
Dotlarınıza arxalanın. Onlar bu gün sizə yardım edəcəklər. Pulla həll olunmayan məsələlər dostluqla öz həllini tapacaq. Gün çətin texniki alətlərlə işləmək baxımından əlverişlidir. Bu gün “Şir”lər özlərini lider kimi aparacaqlar.

Qız
Ehtiyatlı olun, maliyyə itkisi gözlənilir. Bu gün təkcə özünüzün deyil, başqalarının da həyatını yaxşılaşdırmaq istəyi keçəcək könlünüzdən. Ancaq bu sizdə alınmayacaq, əksinə, özünüzü nəzakətsiz aparacaqsınız. Bunu üzünüzə vuranda isə inciyəcəksiniz.

Tərəzi
Uğurlu gündür. Başqalarının təcrübəsindən bəhrələnəcəksiniz, səhvləri analiz edəcəksiniz. Bu gün dilinizin bəlasına düşəcəyiniz bildirilir. Siz ünsiyyət etməyiniz gərəkməyən adamlarla söhbət edəcəksiniz. Təhsildə uğur gözlənilir.

Əqrəb
Bu gün kifayət qədər macəra yaşayacaqsınız. Ətrafdakıların təsiri altına tez düşəcəksiniz. Dərindən tanımadığınız, ancaq barəsində eşitdiyiniz adama bağlanmaq ehtimalı da var. Yaxşı olar ki, günü ailə üzvlərinin, yaxınların ətrafında keçirəsiniz.

Oxatan
Bu gün çətinlikləriniz ola bilər. Xoşbəxtlikdən siz çətinliklərdən qorxmursunuz. Gün ailə-məişət məsələlərinin həlli baxımından əlverişlidir. O cümlədən küsülü qohumları barışdırmağa müvəffəq olacaqsınız.

Oğlaq
Ümumilikdə uğurlu gündür. Xırda anlaşılmazlıqlar da istisna deyil. Yaxşı olar ki, yaranmış problemləri təxirə salmadan tez həll edəsiniz. Günün ikinci yarısında qiymətli hədiyyə, yaxud da pul əldə edəcəyiniz gözlənilir.

Dolça
Işgüzar danışıqlar üçün münasib gündür. Romantik macəra gözlənilir. Əməkdaşlıq istiqamətində istədiyiniz şərtləri yeridə bilərsiniz. Əgər bu gün romantik bağlılığın əsası qoyularsa, ulduzlar bu əlaqənin tez inkişaf edəcəyini bildirir. Yaxınlarınız isə hisslərinizi onlarla bölüşmədiyiniz istiqamətində xəbərdarlıq edəcəklər.

Balıqlar
Məqsəd və prioretiniz dəyişəcək. Bu hərəkətiniz isə yaxın ətrafınızı təəccübləndirəcək. Onlarda sizə qarşı çoxlu sual doğacaq. Bu gün xoşagəlməz, amma edilməsi vacib hesab olunan danışıqlar aparacaqsınız.